13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Bəzi yeni nazirlər yerlərinə oturuşmayıblar”

11 Sentyabr 2019, 10:38
Seçmə, Banner
A A
Deputat: “Bəzi yeni nazirlər yerlərinə oturuşmayıblar”

Deputat Qüdrət Həsənquliyev hakimiyyətə səslənib. Onun sözlərinə görə, islahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən məhrum edə bilər ki, bu da ölkəmizi təxribatlar qarşısında zəif edərdi:

“Hər hansı təxribatın arzuolunmaz ekstremist qüvvələrin hakimiyyətinə yol aça biləcəyindən əndişələnən xarici güclər, hətta daxildə ölkəni gücləndirəcək islahatların aparılmasında maraqlı olmasa da, Azərbaycanın daxili siyasətinə daha ciddi müdaxilə etmək barədə düşünər, iqtidar bu gün malik olduğu beynəlxalq dəstəyi itirərdi.

Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı arxayınlıq olardı. İqtidar, nə qədər ki, güclüdür, prosesin ağrılı olmasına baxmayaraq, cəsarətli qərarlar qəbul etməlidir.

İlk növbədə kadr islahatları davam etdirilməlidir. Onilliklər ərzində eyni yüksək vəzifəni tutan kadrların ən azından yeri dəyişdirilməlidir.  Bu insanların bir qismi feodallaşmış, böyük iddialara düşməklə yanaşı, hətta adi insanlıq keyfiyyətlərini belə itiriblər. İnsanları, onları istismar edib ev-eşiyindən didərgin salmış məmurlardan xilas etməklə, geniş xalq kütlələrinin rəğbətini qazanmaq olar”.

Onun fikirlərinə münasibət bildirən həmkarı, yazıçı-deputat Aqil Abbas isə musavat.com-a qeyd edib ki, prezidentin həyata keçirdiyi islahatlar onu qane edir. A.Abbas düşünmür ki, ölkədə aparılan reformalar gecikir:

“Birdən-birə, 7 ayın içində hər şeyi həll etmək mümkün deyil. Bir günün içində inqilab olmur. Möhtərəm prezident sosialyönümlü dəyişikliklər edir, fərmanlar verir, minimum əmək haqqı artırılıb, hamısı da xalq tərəfindən xoş qarşılanır. Mən Qüdrət müəllimin açıqlamalarını oxumuşam, təbii ki, öz mövqeyidir. Ancaq hamını birdən işdən çıxarmaq olmur. Biz 2020-ci ildə də genişmiqyaslı islahatlar görəcəyik”.

Deputat uzun müddət vəzifədə olan şəxslərin işdən çıxarılmasının zəruri olmasına belə münasibət sərgilədi: “Əvvəla, kimi işdən azad etmək, kimi təyin etmək prezidentin səlahiyyətindədir.  Əgər həmin nazir və ya məmur dövlət rəhbərinin etimadı doğruldursa, xalqa, dövlətə xidmət edirsə, onu niyə işdən çıxarsın ki?!

Əksinə, yetişmiş, müdrikləşmiş bir kadrı vəzifədən çıxarmaq, yerinə cavan birini gətirməklə islahatlar tərsinə dövran edə bilər. Yaşı keçib demək olmaz. Bu gün hökumətdə cavan nazir də var, yaşlısı da… Məsələyə o cür yanaşmağın tərəfdarı deyiləm.

Sən təcrübəsiz bir kadrı nazir qoyarsan, sonu pis olar. Bu gün bəzi təzə nazirlər hələ yerlərinə oturuşa bilməyiblər. Çünki vəzifəyə gələn kimi 20-30 ilin kadrlarını nazirliklərdən kənarlaşdırdılar, yerlərinə vaxtilə bir yerdə işlədikləri cavanları gətirdilər. Baxırsan ki, gələn həmin kadrlar heç o sahəni bilmirlər.

Köhnə nazirin kadrısan deyib, onu işdən azad eləmək nə deməkdir? Axı o, mütəxəssisdir, təcrübəli kadrdır. Sən hansı metodla desən işləyəcək, nazirlikdən uzaqlaşdırmağa ehtiyac yoxdur”.

 

Əvvəlki yazı

Vahid Əhmədov: “İslahatları sürətləndirmək lazımdır”

Sonrakı yazı

AŞPA prezidenti Bakıda səfərdədir

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.