02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”

11 Oktyabr 2019, 10:05
Gündəm, Seçmə
A A
Deputat: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”

ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri intensivləşib. Budur, ABŞ Konqresinin üzvləri Cudi Çu və Cek Spayer Qarabağa qanunsuz səfər edən növbəti konqresmenlərdən olublar.

Konqresmenlər Ermənistandan helikopterlə Azərbaycan torpaqlarına uçublar və Bakının istismarına icazə vermədiyi hava limanına eniblər.

Bu, amerikalı konqresmenlərin ilk belə səfəri deyil. Niyə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz şəkildə ayaq basırlar, nə üçün Bakı-Vaşinqton münasibətlərini nəzərə almırlar? Necə ola bilir ki, BMT-nin qətnamələri ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunduğu halda, ABŞ işğal olunmuş Dağlıq Qarabağa maliyyə yardımı həyata keçirir, amma əraziləri işğal olunmuş ölkəyə yardım üçün embarqo uzun illərdir ki, qüvvədə qalır?

Ümumiyyətlə, lobbi qruplarının ABŞ-ın siyasi sistemində fəaliyyəti ona gətirib çıxarıb ki, qanunverici orqanı təmsil edən ayrı-ayrı konqresmenlər beynəlxalq sistemdəki obyektivliyi kənara qoyaraq öz şəxsi maraqlarını güdən işlərlə məşğuldurlar.

Bundan əvvəl də ABŞ konqresmeni Frenk Pallone işğal altında olan Dağlıq Qarabağa səfər etmiş və erməni mətbuatına Vaşinqtonun Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxmışdı.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ilə söhbətimizdə bu məsələlərə toxunmuşuq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Asim müəllim, bu gün ABŞ – Azərbaycan münasibətləri hansı səviyyədədir?

– Azərbaycanla Amerika arasında münasibətlər tərəfdaşlıq və bir sıra istiqamətlərdə əməkdaşlıqdan ibarətdir. Bu istiqamətlərdən ən prioritet sahə təhlükəsizliklə bağlıdır.

Azərbaycan antiterror koalisiyasına üzv ölkələrdən biridir, Əfqanıstanda terrorizmlə mübarizəyə dəstəyini verməkdədir. ABŞ-la əməkdaşlıq sahələrindən digər mühüm biri enerji istiqamətindədir. Azərbaycan Amerikanın enerji sahəsində mühüm tərəfdaşları sırasındadır, dövlətimizin həyata keçirdiyi layihələr ABŞ tərəfindən dəstəklənir. Digər bir əməkdaşlıq istiqaməti isə enerji təhlükəsizliyi ilə bağlıdır və bu məsələdə iki ölkə münasibətləri mühüm rol oynayır. Eyni zamanda, ABŞ Azərbaycanla humanitar sahədə əməkdaşlığı davam etdirir. Bura mədəniyyət və təhsil sektorları daxildir. Bir məsələni də qeyd etməliyəm ki, ABŞ təhlükəsizlik sahəsi ilə bağlı ciddi vəsaitlər ayırıb, Azərbaycanda mütəxəssislər hazırlanır.

– Obama administrasiyası ilə Tramp hakimiyyətini Azərbaycana münasibətdə nə fərqləndirir?

– Birinci fərq ondan ibarətdir ki, Barak Obama administrasiyasında 907-ci düzəlişin müəllifləri olanlar mühüm vəzifələr tuturdular. Onlar erməni lobbisi ilə əlaqəli, bilavasitə layihələr həyata keçirənlər idilər. Obama administrasiyasında ermənilərlə əməkdaşlıq edən, vəsait ayıran qüvvələr fəaliyyət göstərirdilər. Amma bunların heç biri Tramp hakimiyyətində olmadı. Onun administrasiyasında 907-ci düzəlişin müəllifləri yoxdur, ermənilərə dəstək vermirlər.

– Siz iki ölkə arasında əməkdaşlıq sahələrini qeyd etdiniz, lakin amerikalı konqresmenlər növbəti dəfə Qarabağa qanunsuz səfər ediblər. Niyə tərəfdaş ölkəyə qarşı bu addımlar atılır?

– Söhbət ondan gedir ki, erməni diasporu  ilə müəyyən əlaqələri olan şəxslər Qarabağa gəlirlər. Bu da həmin konqresmenlərin ermənipərəst olmasından qaynaqlanır.

Lakin onların torpaqlarımıza qanunsuz şəkildə səfəri heç bir halda Amerika hökumətinin mövqeyi, rəsmi səfəri kimi qiymətləndirilə bilməz. Bu konqresmenlər nəzərə almırlar ki, atdıqları addım ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir.

– Yəni bu konqresmenlər erməni lobbisindən maliyyələşirlər?

–  Onlar Amerikada ermənilərə taleyini bağlamış şəxslərdir və hər bir formada asılılıqları var.

– Sizcə, konqresmenlərin vertolyotla Qarabağa gəlişi hansı mesaj idi?

– Bu da ənənəvi erməni şüurudur. Onlar düşdükləri ağır vəziyyətdən çıxmaq üçün amerikalı, avropalı, ermənilərlə sıx işləyən xarici siyasətçiləri dəvət edirlər.

– Bəs, Azərbaycan tərəfi bu məsələ ilə bağlı hansı addımı atmalıdır?

– İlk növbədə o konqresmenlərin siyasi korrupsiyasını ifşa etməliyik. Eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələlərdən məlumatlandırmalıyıq.  Amerika ictimaiyyətinə, konqresmenlərə bildirilməlidir ki, onların bu səfərləri ABŞ hökumətinin prinsiplərinə, öz ölkələrinin maraqlarına tamamilə ziddir. Əslində, Paşinyan o günə qalıb ki, Kim Kardaşyanı çağırır, onunla şəkil çəkdirir. Bu, Ermənistan hökumətinin düşdüyü acınacaqlı vəziyyətin göstəricisidir. Erməni lobbisi ilə əlaqəli konqresmenlər Qarabağa gəlir, Kardaşyan dəvət olunur…

– ABŞ-Azərbaycan arasında tərəfdaşlıqdan danışılır, ATƏTdə həmsədr ölkədir, sizcə, konqresmenlərin Qarabağa qanunsuz gəlişi bizə qarşı hörmətsizlik deyilmi? 

– Əslində korrupsiyada ittiham edilən konqresmenlərin Trampın impiçmentini həyata keçirmək cəhdləridir. Onlar Trampın impiçmentini istəyirlər və buna görə Amerikanın maraqlarına qarşı çıxış edirlər. O baxımdan hesab etmirəm ki, onların Qarabağa gəlişi ABŞ-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı tərəfdaşlığa kölgə salır. Sadəcə, özlərini ifşa edirlər, çünki onlar haqda korrupsiya məlumatları yayılır.

– Asim müəllim, konqresmenlərin Qarabağa səfəri, ermənilərlə sıx əlaqələri həm də Azərbaycanın Amerikadakı diasporunun zəif fəaliyyətinin nəticəsi deyilmi?

-Azərbaycan diasporu təbii ki, Amerikada çox zəifdir. Ermənilərin milyardlara malik, güclü diasporu  orada fəaliyyət göstərir, illərlə kök salıblar, təşkilatlanıblar.

Eyni zamanda, erməni diasporu Avropada da öz işini görür. Bu mənada onlaral güc nümayiş etdirmək çətindir. Çünki bizim diasporamız hələ təzə başlayıb, ermənilər isə Amerikada çoxdan təşkilatlanıblar. Hesab edirəm ki, ABŞ və Avropa mediası ilə əməkdaşlığımız olmalıdır, beynəlxalq ictimaiyyətə sözümüzü çatdırmalıyıq.

Əvvəlki yazı

“Azərbaycan futbolu gündəmdən düşüb” – Əfran İsmayılov

Sonrakı yazı

Makron İlham Əliyevə zəng vurdu və kömək istədi

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.