Daxili işlər orqanlarında daha bir təyinat olub

13 Aprel 2019 - 10:58
91 oxunma

Daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlqar Şabanov Salyan rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə müavini təyin edilib.

Qeyd edək ki, İ.Şabanov bu təyinatadək Kəlbəcər rayon Polis şöbəsində təhqiqatçı vəzifəsində işləyib. O, 2013-2019-cu illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Faiq Şabanovun qardaşıdır. F.Şabanov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"