13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA

10 Sentyabr 2020, 11:54
Siyasət
A A
Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi məlumat yayıb.

Reportyor.info xəbər verir ki, məlumatda deyilir:

“Cari ilin 15 iyun tarixində Azərbaycan-Rusiya sərhədində baş vermiş toqquşma nəticəsində 10 nəfər və 23-24 iyul tarixlərində Moskva şəhərindəki məlum iğtişaşlar zamanı 11 nəfər Azərbaycan Respublikasının vətəndaşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Həmvətənlərimizin vəziyyəti ilk gündən Səfirlik tərəfindən müşahidə olunmuş, saxlanılan azərbaycanlılarla görüşlər keçirmək üçün Rusiyanın aidiyyəti qurumları ilə mütəmadi təmaslar qurulmuş və Səfirliyin səlahiyyətləri çərçivəsində lazımi addımlar atılıb.

Səfirliyin müşaviri, konsul Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Moskva şəhər Baş Polis İdarəsinin Cənub-Şərq İnzibati dairəsi üzrə idarəsinin müstəntiqi, ədliyyə leytenantı A.Pavlovla görüşmüşlər. Söhbət əsnasında o bildirmişdir ki, hal-hazırda istintaq davam edir.

Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra Səfirliyin adları qeyd olunan əməkdaşları Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 7 nömrəli İstintaq Təcridxanasında olan Pərviz Həmidov (Rusiya vətəndaşı), Murtuzəli Zahidov və Bəhruz Vəliyevlə görüşüblər. Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 və 2 nömrəli İstintaq Təcridxanalarında saxlanılan digər 8 nəfər vətəndaşımızla da görüşün təşkil edilməsi üçün aidiyyəti üzrə müraciətlər edilib.

2-3 sentyabr 2020-ci il tarixlərində Toğrul Sadıqov və Müsənnif Dadaşov Rusiyanın Dağıstan Respublikasının ərazisində baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunubrlar.

Burada onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız – Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər. Digər 3 nəfər barədə isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Keçirilmiş bütün görüşlər zamanı vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını diqqətə çatdırıblar.

Səfirliyin əməkdaşları tərəfindən məsələnin diqqət mərkəzində olduğu, lazımı hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.

Sonra Toğrul Sadıqov və Müsənnif Dadaşov Məhərrəmkənd rayonunun icra başçısı Fərid Əhmədovla görüş keçiriblər. Onlar Dərbəndlə sərhəddəki Qullar ərazisində salınmış çadır şəhərciyinə gedərək buradakı şəraitlə tanış olublar.

Fərid Əhmədov çadır şəhərciyində yerləşən və Qullar kəndi ərazisində evlərdə yaşayan vətəndaşlarımızın sayı, onların vəziyyəti haqqında ətraflı məlumat verib.

Bu ağır dönəmdə sərhəddəki həmvətənlərimizə göstərdikləri yardım və dəstəyə görə Fərid Əhmədova və Dağıstan hökumətinə dərin minnətdarlıq bildirilib”.

Əvvəlki yazı

DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ

Sonrakı yazı

Koronaviruslu xəstələrin 56,2 faizi Bakıda cəmləşib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.