Bir müddət öncə ABŞ-a köçən keçmiş “Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmov böyük şirkətlərin birində işə düzəlib.
Üç aydır ki, burada çalışıram. Artıq 1 vəzifə dəyişmişəm və dünən şirkətin ən yaxşı işçisi sertifikatı ilə təltif olunmuşam. Bu, özümə tərif deyil. Məni Nyu-Yorkda heç kim tanımır və burda “dayday”ım yoxdur” deyə, reper açıqlamasında bildirib.
Qeyd edək ki, müğənni 2018-ci ildə “Greencard” qazanaraq Amerikaya köçüb. Onun iki övladı var.