01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Dərman ticarəti üzərində monopoliyanı aradan qaldırın” – Hökumətə çağırış

03 Dekabr 2018, 18:34
Cəmiyyət
A A
“Dərman ticarəti üzərində monopoliyanı aradan qaldırın” – Hökumətə çağırış

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Toplantı iştirakçıları ilk növbədə İrəvanda Rusiya və Ermənistanın rəsmi nümayəndələrinin “Lazerov klubu” adı altında keçirilən iclasında MDB ölkələri institutunun direktor müavini V.Yevseyevin Azərbaycanı “İsgəndər” tipli raketlə vurmaq barədə səsləndirdiyi bəyanatı qətiyyətlə pisləyib və hakimiyyəti avantürist bəyanatı səsləndirənin təmsil etdiyi ölkəyə nota göndərməyə və ən kəskin reaksiya formasında tədbirlər görməyə çağırıb.

İdarə Heyəti Argentinada keçirilən G-20 sammitində amerikalı jurnalist C.Kaşıkçının qətli ilə bağlı məsələnin yenidən gündəmə gəlməsini, Türkiyə prezidenti R.T.Ədoğanın bu məsələni böyük dövlət başçılarının iştirak etdiyi mötəbər bir tədbirdə yenidən onların diqqətinə çatdırmasını təqdir edib və arxasında Tramp rejiminin durduğu bu qanlı cinayətin tezliklə açılmasının, öz opponentlərinə qarşı ən dəhşətli üsullardan istifadə edən Səudiyyə rejiminə basqıların artırılmasının vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti Parisdə sosial tələblərlə, qiymət arımı ilə əlaqədar günlərdir davam edən etiraz aksiyasına da münasibət bildirib və dinc aksiya iştirakçılarına qarşı tətbiq edilən zorakılıqları pisləyib. Eyni zamanda diqqəti sosial gərginliklərin, qiymət artımının, iqtisadi çətinliklərin yaşandığı ölkəmizə çəkən partiya yetkililəri Paris olaylarından ciddi nəticə çıxarmağa, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində effektli addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar Rusiya və Ukrayna arasında yaranan vəziyyətdən, hərbi qarşıdurma həddinə çatan gərginlikdən narahatlığını ifadə edərək bu faktın arxasında Rusiyanın postsovet məkanında imperiya siyasətini davam etdirməsi, ayrı-ayrı müstəqil ölkələrin ərazilərində münaqişə ocaqları yaratmaqla özünün hərbi-siyasi təsirini artırmaq cəhdinin durduğunu diqqətə çatdırıb. Partiya yetkililəri beynəlxalq gücləri Rusiyanın Ukrayna və digər ölkələrə müdaxiləsinin qarşısını almaq üçün adı çəkilən ölkəyə iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı müstəqil ölkələrdə demokratiyanın gəlişməsi üçün onlara dəstək olmağa səsləyib.

İdarə Heyəti Gürcüstanda keçirilən prezident seçkiləri ətrafında da fikir mübadiləsi aparıb. Seçkilərdə müşahidə olunan saxtakarlıq faktlarından narahat olduğunu bildirərək, bu saxtakarlıqların arxasında rusiyapərəst qüvvələrin durduğunu diqqətə çatdırıb.

İdarə Heyəti Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra zəruri qida məhsulları və dərman preparatlarının ölkəyə gətirilməsi, keyfiyyət dəyişikliyi edilməsi isitiqamətində müsbət dəyişikliklər gözləndiyi halda qida və dərman məhsullarının keyfiyyətinin aşağı düşməsi insan sağlamlığına zərərli təsirlərin daha da artması faktından ciddi narahat olduğunu bildirib və bu neqativ halların arxasında qida məhsulları və dərman preparatlarının monopoliyaya götürülməsi, ayrı-ayrı firmaların nəzarətinə keçməsi nəticəsində baş verdiyini qeyd edib. Partiya rəsmiləri hakimiyyəti son nəticəsi insanların həyatı üçün ciddi təhlükə yaradan qida və dərman preparatlarının ölkəyə gəlişi və istifadəsi üzərində nəzarəti gücləndirməyə, bu sahədə yaranan monopoliyanı aradan qaldırmağa çağırıb.

Əvvəlki yazı

“Bir insanın kriminal aləmdə olan biri ilə tanışlığının olması…” – Fədayənin son sözü

Sonrakı yazı

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.