UEFA gələn həftə keçirilməsi nəzərdə tutulan avrokubok oyunlarının təxirə salınması barədə qərar qəbul edib.
Modern.az-ın məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının gələn həftə keçirilməli olan oyunları baş tutmayacaq.
Martın 17-18-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində 4 qarşılaşma keçirilməli idi. Ayın 19-da isə Avropa Liqasının 1/8 final mərhələsinin 6 cütündə cavab oyunları planlaşdırılmışdı.
Lakin UEFA koronavirus epidemiyası üzündən bütün görüşləri qeyri-müəyyən müddətədək təxirə salıb. Qurumun qərarına əsasən Gənclər Liqasında da oyunlar olmayacaq.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin iki cütündə – “Sevilya” – “Roma” və “İnter” – “Xetafe” cütlərində ilk görüş də keçirilməyib.