Çində koronavirusa yoluxanların sayı 80 754 nəfərə çatıb.
Reportyor.info bildirir ki, bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, virusa yoluxanların 3 136 nəfəri ölüb. Koronavirus xəstələrinin demək olar ki, 60 min nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.
Komitə bildirib ki, hazırda xəstələrdən 4 794 nəfərinin vəziyyəti ağırdır: “Xəstəxanalardan 59 897 nəfər evə buraxılıb. Virusa yoluxmuş 3 136 nəfər vəfat edib”.
Ötən gün ərzində ölkə daxilində 19 yeni yoluxma hadisəsi aşkarlanıb, 1297 nəfər xəstəxanadan evə buraxılıb, 17 nəfər ölüb (hamısı Hubei əyalətində), koronavirus şübhəsi ilə daha 36 hal qeydə alınıb.