Çimərliklərlə bağlı qaydalar hazırlanır və kommissiya yaradılıb.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
“İlk olaraq sosial məsafə saxlanılmalıdır. Bəzi çimərliklərdə sıxlıq müşahidə olunması qaçınılmazdır. Buna görə də, onlayn qeydiyyat sistemi yaradılacaq. Vətəndaş evdən çıxmazdan əvvəl, qeydiyyatdan keçib, yer tutacaq. Bununla bağlı yaxın zamanda qaydalar tətbiq olunacaq”.
O bildirib ki, böyük çimərliklərə nəzarətlə bağlı adminstrasiya yaradılıb və nəzarət olunacaq.
İbrahim Məmmədov əlavə edib ki, metodiki göstərişlər hazırlanıb və bu göstərişlər koronavirus.az saytında yerləşdirilib: “Buraya turizm və otelçilik, çimərlikdə davranış qaydaları, hansı standartların tətbiq olunması göstərilib. Həmin müəssisələrdə qaydalara nəzarət edən məsul şəxslər ayrılacaq. Eyniylə, iaşə obyektlərində masalar arasında azı 2 metr, insanlar arasında azı 1 metr məsafə saxlanılması yazılı şəkildə asılacaq”.