07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ceyhun Bayramovun təhsildə “moyka” siyasəti: Şamaxı məktəbində rüsvayçılıq – VİDEO

21 May 2018, 01:01
Seçmə, Manşet
A A
Ceyhun Bayramovun təhsildə “moyka” siyasəti: Şamaxı məktəbində rüsvayçılıq – VİDEO

Prezident seçkilərindən sonra aparılan kadr islahatları vətəndaşlarda inam yaradıb. Təəssüf ki, bəzi kadrlar hələ də islahatların mahiyyətini qəbul etməyərək “köhnə hamam, köhnə tas” prinsipi ilə çalışırlar. Təhsil sistemində baş verənləri təhlil edərək cumhuriyyet.az olaraq belə bir nəticəyə gəlirik ki, yeni nazir Ceyhun Bayramov da bu vacib sahədə daşı daşı üstə qoymaq niyyətində deyil. Çünki, “gənc”, “yenilikçi”, “islahatçı” imicinə girən nazir real, fakt olaraq ortaya qoyulan qüsurları qulaqardına vurur. Medianın gerçək simasını açıb ortaya qoyduğu savadsız, rüşvətxor, harınlamış direktorlar iş başında, yeni nazir isə öz “təmiz adam” təbliğatını aparmaqda.
Əslində təyinatından o qədər də çox keçməyən naziri ittiham etmək qərəzli görünə bilər. Amma bir məqamı da nəzərə alaq ki, ötən ilin son ayında Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasından bu yana 5 aydır ki, C.Bayramov faktiki olaraq təhsil naziridir və buna qədər də birinci müavin kimi o, sistemə bələd olan adam kimi tanınıb. Bir sözlə aşağıda bəhs edəcəyimiz direktorun hələ də vəzifə başında olmasının günahkarı Ceyhun Bayramov sayıla bilər. Söhbət Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovadan gedir. Beləliklə son qalmaqala keçməzdən öncə bu direktorun bəzi macəralarına diqqət edək.
Məktəbdə ailə hegemonluğu
Sözügedən təhsil müəsisəsi ilə bağlı cumhuriyyet.az olaraq mediada yer alan iddialarıbir daha xatırladaraq bildirək ki, məktəbin direktoru Babaşova Gülnurə Hacverdi qızının direktor olmasına baxmayaraq, rəhbərliyə aidiyyatı olmayan, məktəbdə müəllimə işləyən, anası Lütviyyə və bacısı Vəfa ilə birgə idarə edirlər. Adı çəkilən hər iki şəxs dərs bölgüsündən tutmuş ən xırda məişət məsələlərini də kollektivdə dava-dalaşa çəkməklə dərs mühitinin pozulmasına, şagird müəllim, valideyin məktəb, münasibətlərini də gərgin vəziyyətə gətirilməsinə səbəb olublar. Dərs yükünün bölgüsü məsələsində də, əvvəlcə ailə üzvləri təmin olunur. Anasına 34 saat,bir bacısına 30 saat, digər bacısı Hacıyeva Şəfaya şəhər 2 saylı məktəbə təçkilatçı müavin təyin olunmasına baxmayaraq vəzifə səlahiyyətini aşaraq 12 saat dərs verib. Yaşı 65-i keçmiş müəllimlərə öz marağı təmin olunmaqla dərslər verib. Nəticədə həmin dərslərin keçirilməsində yaranmış problemləri, xadimələrin və yuxarı sinifdə oxuyan qohumu olan şagirdlərin vasitəsi ilə təmin edir. Haqqı tapdanan müəllimlərə isə “kimə istəyirsiz deyin” deməklə özünün Təhsil Nazirliyində adamı olmaqla hədə qorxu gəlir.
Direktorun aylıq hədəsi: “o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir…”
Bu yaxınlarda Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən pul tələb etdiyini əks etdirən səs yazısı yayılmışdı. Cumhuriyyet.az olaraq bildirək ki, bu səs yazısında direktor müəllimlərdən pul tələb edir. Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib: “Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.

İşıqpulu və aylıq davası
Bununla da bitmir. G.Babaşova haqqında mediada yer alan və yenə də audio yazı ilə təsdiqlənən iddialara görə, onun məktəbdəki pulyığma əməliyyatları bir neçə istiqaməti əhatə edir. Bildirək ki, Gülnurə Babaşova həm də Bilik Fondunun Şamaxı filialının rəhbəridir və cumhuriyyet.az olaraq onun haqda iddiaların bir qismini diqqətinizə çatdırırıq: “Fondun məktəbdə keçirdiyi hər tədbirə görə pul xərclədiyini deyir və hər müəllimdən 20 manat pul yığır. Narazılıq edən müəllimi isə işdən qovacağı ilə hədələyir. O, atdığı addımları yuxarılarla razılaşdırıb atdığını deyir. Respubilika və rayon səviyyəli məmurların adlarını çəkir. Müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün agentura şəbəkəsinin olmasını və hər şeyi nəzarət altında saxlamağı bacardığını xüsusilə hamının nəzərinə çatdırır. Keçirilən hər iclasda tədrisdən çox dedi-qoduya yer ayırır, bu işdə anası və bacısının “fəallığı”ndan məharətlə yararlanır. “Reket” kimi onlardan istifadə edir”. Şikayətçi müəllimin sözlərinə görə, o, hər ay elektirik enrejisi və istiliyə görə müəllimlərdən 20-30 manat pul yığır: “Hesablama Palatasının yoxlamasından sonra yaranmış 5000 manat cərimənin hər müəllimdən 100 manat yığmaqla müəllimlərin hesabına ödəyib. Bütün bunlar azmış kimi xüsusi sertifikatlar tərtib edib hər biri yüz manat olmaqla müəllimlərə satır”.

Direktor işçilərə maşının yuduzdurur
Lap bu günlərdə isə Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova yeni rekorda imza atıb. Bu dəfə xanım direktor məktəbin işçilərinə öz avtomobilini yuduzdurur. Feodal dövrünün münasibətlərini xatırladan həmin kadrları Reportyor.info heş bir şərh vermədən diqqətinizə çatdırır:

REPORTYOR.info

Əvvəlki yazı

Azərbaycanda əhali 4 aya 16 milyard manat qazanıb

Sonrakı yazı

Füzuli məhkəməsində “Allah” Qarabağ əlilini “pula satdı”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.