06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Cavad Cavadovun “Sovetski” seçiciləri ilə möhtəşəm görüşü – Fotolar

27 Yanvar 2020, 11:47
Seçmə
A A
Cavad Cavadovun “Sovetski” seçiciləri ilə möhtəşəm görüşü – Fotolar

 

17 saylı Yasamal üçüncü seçki dairəsindən “Real cümhuriyyətçilər” Blokunun deputatlığa namizədi tanınmış vəkil Cavad Cavadov seçicilərlə görüş keçirib. Kifayət qədər izdihamlı keçən görüş Cavad Cavadovun bu dairənin favoriti olduğu barədə ehtimalları bir qədər də möhkəmləndirib.

Reportyor.info yazır ki, Cavad Cavadov əvvəlcə özü barədə qısa məlumat verib. Lakin seçicilərin çıxışlarından bəlli olub ki, əslində namizədin tanıtıma ehtiyacı yoxdur. Görüşə gələnlərin əhəmiyyətli hissəsi bildirib ki, onlar Cavad Cavadovu hüquqları pozulan vətəndaşların yanında olan bir vəkil kimi kifayət qədər yaxşı tanıyırlar.

Digər tərəfdən, bu günlərdə Sovetski ərazisində evlərin məhkəmə qərarı olmadan sökülməsi prosesində Cavad Cavadov sakinlərin yanında olub, onların hüquqlarını müdafiə edib. Sona qədər onların yanında olub.

Cavad Cavadov çıxışında bu məsələyə bir daha toxunub. Söküntü işlərinin qanunsuz aparıldığını,vətəndaşların mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu bildirib. O qeyd edib ki, sakinlərə verilən kompensasiya məbləği ədalətli deyil. “Bu günlərdə “Sovetski” ərazisində 20 sot torpaq sahəsinin satılması barədə məlumat aldıq.

Araşdırdıq və bəlli oldu ki, torpaq sahəsinin 1 sotu 500 min manata yaxın bir məbləğə satılır. Bu isə 1 kvadratmetr üçün 5 min manat edir. Amma sakinlərinə 1500 manat məbləğində kompensasiya verilir. Bu, ədalətsizlikdir.

Mən həmin insanların hüquqlarını müdafiə etməkdə davam edəcəyəm. Amma məni deputat seçəcəyiniz təqdirdə biz bu qanunsuzluğun qarşısını daha güclü dirəniş göstərə və problemin həllinə nail ola bilərik”, -deyə Cavad Cavadov bildirib.

O əlavə edib ki, deputat kimi qanunsuz söküntü işlərinə, vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına qarşı mübarizə onun üçün priroritet məsələ olacaq.

Cavad Cavadov 17 saylı Yasamal üçüncü seçki dairəsində seçiciləri narahat edən başqa bir problemə də xüsusi diqqət çəkib. Deyib ki, narkomaniya əsrin bəlasıdır:

“Mən bu bəlanın qarşısının alınması istiqamətində də layihə və proqramlarımı Milli Məclisə təqdim edəcəm. Narkomaniya xəstəlikdirsə, bu bəlaya yoluxanlar müalicə olunmalıdır”, – deyə namizəd vurğulayıb.

Cavad Cavadov daha sonra sosial müavinətlərlə bağlı fikirlərini açıqlayıb: “Dövlət aztəminatlı ailələrə sosial müavinətlər verir. Amma müavinətlərin yerlərdə mənimsənildiyi barədə faktlar var. Hətta Prezident də belə bir halın olduğunu deyib. Bu da mənim xüsusi diqqət yetirəcəyim məsələlərdən biri olacaq”.

Görüşdə iştirak edən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, “Real cümhuriyyətçilər” Blokunun 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd Natiq Cəfərli çıxışında bildirib ki, onlar Milli Məclisdə komanda şəklində fəaliyyət göstərmək niyyətindədirlər.

“Biz komanda olaraq vətəndaşları narahat edən problemlərin həllinə çalışacağıq. Mən də xüsusilə mülkiyyət hüquqlarının pozulmasına toxunmaq istəyirəm. Bu gün aparılan söküntü işləri faktiki olaraq vətəndaşların mülkiyyət hüquqlarının pozulmasıdır.

Əlbəttə dövlət əhəmiyətli, təhlükəsizliklə bağlı hansısa iş aparılırsa söküntü ola bilər. Amma park salınması, otel tikilməsinin təhlükəsizliyə dəxli yoxdur. Digər tərəfdən, hökumət qiymət təyin edə bilməz. Qiyməti mülkiyyətçi təyin etməli və sonra dövlət onunla danışıqlara başlamalıdır”, – deyə Natiq Cəfərli bildirib.

Bu  gün Azərbaycanda 600 min mülkiyyət pozuntusu olduğunu deyən Natiq Cəfərli bildirib ki, “Real cümhüuriyyətçilər” Blokunun namizədləri Milli Məclisdə təmsil olunacağı təqdirdə mülkiyyət aministasiyasının verilməsini təklif edəcəyik.

Natiq Cəfərli uşaq pulu məsələsinin də onlar üçün prioritet olduğunu deyib. “Biz hesab edirik ki, hamıya yox, aztəminatlı ailələrə mütləq uşaq pulu verilməlidir”, -deyə o vurğulayıb.

Görüşdə seçicilərdən Nəzrin İsrafilova Cavad Cavadova sökntü işləri zamanı hüququ pozulan vətəndaşların yanında olmasına görə təşəkkür edib. Daha sonra əlavə isə evlərinin söküldüyünü, lakin kompensasiya ala bilmədiklərini bildirib. Cavad Cavadov bu problemlə birgə mübarizə aparılmasının zəruriliyini bir daha diqqətə çatdırıb.

Seçicilərdən Dünya Əliyeva isə dövlət qurumlarına ünvalanan şikayətlərə baxılmadığını diqqətə çatdırdı: “Canavardan şikayət edirsən, amma səni yenidən canavarın üstünə göndərirlər”.

Cavad Cavadov isə hansısa dövlət qurumdan edilən şikayətin baxılması üçün yenidən həmin ünvana göndərilməsinin qanunsuz olduğunu bildirib. Sonda seçicilər fevralın 9-da seçkilərə gedərək Cavad Cavadova səs verəcəklərini bildiriblər.

 

 

 

 

 

Əvvəlki yazı

Çin virusu nefti “vurmaqda” davam edir

Sonrakı yazı

ABŞ səfirliyinə raket hücumu: üç yaralı

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.