Category archives for: SEÇMƏ

Siyasətin Əliləri… – Həsənovlardan Kərimliyədək…

Azərbaycanda siyasi gündəm boz rəngdədir desək, yəqin ki yanılmarıq. Ara-sıra hansısa hadisə siyasi gündəmə rəng qatsa da, ümumilikdə siyasət aləmində davamlı qaynar olaylara şahid ola bilmirik. Baxmayaraq ki, bu il bələdiyyə, gələn il parlament seçkiləri keçiriləcək, di gəl ki, siyasi müstəvidə coşub-daşma baş vermir… Bəlkə də bu ondan irəli gəlir ki, hazırda Azərbaycanda siyasi gündəmi […]

İcra başçısının saysız-hesabsız obyektləri (VİDEO)

Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib. Reportyor.info virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ziya Mahmudov adlı Tərtər sakininin çəkib sosial şəbəkələrdə, Youtube kanallarından birində yaydığı videokadrlarda bəhs edilir. Sakin yolun kənarı boyu düzülən və icra hakimiyyətinin başçısına məxsus olduğu iddia edilən çoxsaylı kommersiya obyektlərini […]

Mir Şahinlə Arif Hacılı qırğına çıxdı – Foto

Müsavat Partiyasının sədri Arif Hacılı iki gün keçməsinə baxmayaraq, Almaniyada siyasi mühacir alveri ilə bağlı saxlanılan partiya üzvləri haqda hələ də doğru-dürüst cavab verə bilməyib.  Axar.az xəbər verir ki, Real TV-nin əməkdaşı Mahir Məmmədli sözügedən məsələ ilə əlaqədar A.Hacılının münasibətini öyrənmək istəsə də, partiya sədri açıqlama verməkdən imtina edib. O, yalnız M.Məmmədlinin sosial şəbəkələrdəki tənqidi paylaşımından […]

Deputat: “Bu həbslər Azərbaycan adına ləkədir”

Müsavat Partiyasının Almaniyada “miqrant alveri” ilə məşğul olmaqda ittiham edilən bir neçə üzvünün həbs olunması Azərbaycan adına bir ləkədir. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, ilk növbədə, bəzi azərbaycanlıların orada belə bir qanunsuz işlə məşğul olmaları çox utancvericidir: “Azərbaycan iqtidarı, Yeni Azərbaycan Partiyası, Azərbaycan ziyalıları həmişə çalışır ki, Azərbaycan xalqının, […]

“Heç kim təmiz deyil” – İradə

“Yaşadıqlarımdan, öyrəndiklərimdən, Allah dostlarından mənə qalanlar, hamımızın, bütün insanların üstündə bir az kir, toz var. Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil. İnsanların çox yaxşı olduğuna və qüsursuzluğuna, əsla aldanma, yaxud özünü aldatmağa səbəb axtarma”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Paylaşımları ilə söz-söhbətə səbəb olan sənətçi bu dəfə insanların […]

Deport edilən 61 azərbaycanlı Bakıya gəldi

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən modern.az-a bildirilib ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində noyabrın 14-də Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər geri qaytarılıb. Həmin 61 nəfərdən 22-si kişi, 18-i qadın, 21-i uşaqdır. Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Alya: “Müsavatın xilası Arif Hacılının istefasıdır”

“Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır”. Reportyor.info xəbər verir ki, bunu Müsavatçı Qadınlar Birliyinin eks sədri, müsavatçı Tofiq Yaqublunun qohumu Alya Yaqublu deyib. Almaniyada müsavatçıların siyasi mühacir alverinə görə həbs edilmələrinə münasibət bildirən A.Yaqublu vurğulayıb ki, Azərbaycandan mühacir axını çoxalandan sonra Almaniya hökuməti gedənlərin hər biri haqqında Azərbaycandakı müxtəlif təşkilatlara, o cümlədən, hakimiyyətə […]

İki rayonda ana-uşaq ölümü

Tərtərdə uşaq ölümü baş verib. APA-nın məlumatına görə, hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü İlahə Eldar qızı Axundova doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb. Faktla bağlı Tərtər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Ağdaşda da qadın əməliyyatdan sonra ölüb. Hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında […]

Günün matçı: Türkiyənin İslandiya sınağı…

Bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində 9-cu tura start veriləcək. Qol.az xəbər verir ki, A,B  və H qruplarını əhatə edəcək ilk oyun günündə 6 matç keçiriləcək. H qrupunda yer alan Türkiyə millisi öz meydanında İslandiya ilə qarşılaşacaq. 14 noyabr A qrupu 23:45. İngiltərə – Monteneqro 23:45. Çexiya – Kosovo   1. İngiltərə 6 5 0 […]

Bergüzarla Xaliddən 3,5 milyonluq reklam

Türkiyəli məşhur cütlük Halit Ergenç və Bergüzar Korel zərgərlik brendlərindən birinin reklamına çəkilib.  Axşam.az xəbər verir ki, markanın siması olan aktyorlar bir dəqiqəlik video qarşılığında sərvət sahibi olub. Belə ki, onlar 3,5 milyon (təxminən, 1 milyon 32 min manat) gəlir əldə edib. Qeyd edək ki, cütlük ikinci oğlunu qucaqlarına almağa hazırlaşır.




Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"