Category archives for: SEÇMƏ

83 yaşlı qocaman jurnalist deputatın bu oğluna görə 2 min manat cərimə ödədi – VİDEO

  Deputat Elmira Axundova qocaman jurnalist Firuz Haşımovdan 2 min manat cərimə pulu alıb. Deputatın iddiasına səbəb Firuz Haşımovun onun oğlu Həbib Axundovun adı keçən məqalədə harın sözünü işlətməsidir. Həbib Axundovun həyat tərzi, onun adının böyük bir dələduzluq cinayətində əsas fiqurant kimi hallanması kontekstində yazılan məqalədə ümumilikdə harın ifadəsi işlədilib. Məhkəmə isə araşdırma aparmadan qocaman jurnalistin barəsində […]

Arvadı Elçin Əlibəylini döyüb, xəstəxanalıq edib

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb. Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin […]

Oqtay Gülalıyev “Amerikan” xəstəxanasına köçürüldü

Hüquq müdafiəçisi Oktay Gülalıyev İstanbulda yerləşən “Amerikan” xəstəxanasına köçürülüb. Reportyor.info xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, köçürülmə az öncə həyata keçirilib: “Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”. Xatırladaq ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən […]

İbrahim Məmmədov vəzifəyə təyin edildi

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub. Reportyor.info xəbər verir ki, bu vəzifəyə əməkdar jurnalist İbrahim Məmmədov təyin edilib. Qeyd edək ki, İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. […]

Novruz Məmmədov yeni vəzifəyə təyin edildi

Sabiq Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə (ADU) elmi işlər üzrə prorektor təyin edilib. Bu barədə məlumatı ADU-nun mətbuat katibi Kult.az-a təsdiqləyib. A.Cəfərli bildirib ki, sabah N.Məmmədovun universitetdə təqdimatı olacaq.  

Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə getdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib. “Reportyor.info”ın Unikal.org-a istinadən verdiyi məlumata görə, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb. Xəbəri Ağdam rayon İcra Hakimiyyətindən təsdiqləyiblər. Xatırladaq ki, Qadın və Uşaq Problemləri üzrə Dövlət […]

Erməni jurnalistlər Bakıya “gizli” gəldi

Bir qrup erməni jurnalist Bakıya gəlib. Axar.az xəbər verir ki, bu məlumatı “Verelq” saytı yayıb. Onların bazar ertəsi Bakıda istirahət etdikləri və bir sıra görüşlər keçirdiyi bildirilib. Jurnalistlərin sayı və onların adları haqqında heç bir məlumat verilməyib. Səfərdə iştirak edən jurnalistlərin sirr olaraq saxlanıldığı bildirilib.

Bakıya erməni jurnalistlər gəlib? – Amaşov danışdı

Mətbuat Şurasının sədri Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfər etməsinə münasibət bildirib. Ə. Amaşov APA-ya açıqlamasında bildirib ki, son günlər erməni jurnalistlərin Azərbaycana səfəri ilə bağlı cəmiyyətdə müəyyən diskussiyalar gedir: “Mənə də müraciət edib məsələ ilə bağlı fikirlərimi öyrənmək istəyənlər çoxdur. Münasibətimi qısaca açıqlamaq istəyirəm. Hamıya məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal […]

İlham Əliyev Pirşağı stansiyasının açılışında

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub. Reportyor.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə […]

AQTA əməkdaşı korrupsiya ilə tutulub? – İş Prokurorluqda

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəranda bölmə rəhbərinin işdən azad olunmasının səbəbi üzə çıxıb. Bu barədə Reportyor.info-nun əldə etdiyi xəbərə görə, qurumun Lənkəran regional bölməsinin rəisi Bağırov Əlimuxtar Balağa oğlunun, Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi İsmayılov Habil Əli oğlunun işi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində araşdırılır. Ə.Bağırovun korrupsiya ilə […]




Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"