Category archives for: Rəsmi

Mehriban Əliyeva xalqı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevarəsmi “İnstagram” səhifəsində 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Birinci vitse-prezidentin paylaşımında deyilir: “Əziz həmvətənlər! 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın! Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, […]

Azərbaycanda Dövlət Bayrağı günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur. Reportyor.info xəbər verir ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə […]

Ermənilərə “suvenir avro” zərbəsi – XİN açıqladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniyada ermənilərin növbəti təxribatının qarşısının alınması barədə məlumat yayıb.  Reportyor.info xəbər verir ki, məlumatda deyilir: “Mətbuatda Almaniyanın “EuroSchein-Souvenir GmbH” şirkətinə məxsus internet səhifəsində ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimə həsr olunan suvenir avro əsginaslarının buraxılması ilə bağlı məlumat yayılmışdır. Məsələ ilə əlaqədar ölkəmizin Almaniyadakı Səfirliyi dərhal sözügedən şirkətin icraçı […]

Amaliya Pənahovanın abidəsi ucaldılıb

Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb. APA-nın xəbərinə görə, məzarüstü abidə “Qurd qapısı” qəbiristanlığında qoyulub. Qeyd edək ki, Amaliya Pənahova ötən ilin noyabrında 73 yaşında vəfat edib. A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla […]

Vilayət Eyvazov İranın səfirini qəbul edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 7-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reportyor.info-ya verilən məlumata görə, qonağı salamlayan nazir iki qonşu və dost dövlət arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu, əsrlər boyu bərabər yaşayan xalqlarımızı elmi, mənəvi, mədəni tellər birləşdirdiyini, bu […]

Əli Əsədov Paşayevi köməkçi təyin etdi

Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir. Reportyor.info xəbər verir ki, Ə.Əsədovun sərəncamı ilə Zakir Paşayev Baş Nazirin köməkçisi vəzifəsinə təyin edilib. Bununla da Baş Nazirin köməkçilərinin sayı üçə çatıb.

SOCAR-dan Mehriban Əliyevaya təşəkkür

“Neft Daşları”nın 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz “İnstagram” səhifəsində neftçiləri təbrik edib. “Report” xəbər verir ki, SOCAR-ın sosial şəbəkələrdəki rəsmi səhifələrində Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür ünvanlanıb: “Azərbaycan neftçiləri adından Mehriban xanım Əliyevanın timsalında Azərbaycan dövlətinə, hörmətli Prezidentimiz İlham Əliyevə bizim əməyimizə daim göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirik. […]

Bakıda erməni mahnısı oxudan tutuldu

Bakıda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirən şəxsin kimliyi müəyyən olunaraq saxlanılıb. Bu barədə “Yeni Sabah”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, faktla bağlı müvafiq olaraq araşdırmalar aparılır, təfərrüatları öyrənilir.  

Vilayət Eyvazov türkiyəli nazir müavinini qəbul edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Çataklını qəbul edib. Reportyor.info DİN-ə istinadla xəbər verir ki, qonağı salamlayan nazir V.Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb. Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkəmizdə […]

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Reportyor.info sərəncamın mətnini təqdim edir: 1. Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması […]




Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"