Category archives for: İdman

Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu (YENİLƏNİB)

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında mübarizəni başa vurub. Reportyor.info xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu gün 6 “tay-breyk” görüşü keçirib. İlk duel 64, ikinci 40, üçüncü 41, dördüncü isə 30 gediş davam edib. Bütün görüşlər heç-heçə bitib.  5 “tay-breyk” görüşündə isə Teymur Rəcəbov qələbə qazanıb. Görüş 76 gediş davam edib. […]

“Hər kəs bu münaqişə haqda bilir” – Almeyda

  “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Düdelanj”la matçda baş verən erməni təxribatı haqda fikirlərini bildirib. Qol.az xəbər verir ki, hadisəni şərh edən millimizin üzvü “Qarabağ”a qarşı təxribatın təkrarlandığını qeyd edib: “Hər kəs bu münaqişə haqqında bilir. Neçənci dəfədir ki, belə hallar təkrarlanır. Bu bizə qarşı təhqirdir. Hakim bizə dron enənə qədər paltardəyişmə otağından çıxmamağı dedi. Biz […]

“Stadiona bomba da ata bilərdilər” – Aqil Abbas

Avropa Liqasının “Düdelanj” – “Qarabağ” oyununun 30-cu dəqiqəsində ermənilər tərəfindən stadionda dronla qondarma Dağlıq Qarabağın bayrağı qaldırılıb və Ağdam komandası buna etiraz edərək oyunu dayandırıb. Daha sonra Lüksemburqun İdman naziri “Qarabağ”ın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib. Kobud səhv haqda stadionda da elan olunub və oyun davam etdirilib. “Qarabağ” oyunda 4:1 hesabıyla “Düdelanj”a […]

Ümit Ozat Bakı klubuna gəlir

Son günlər adı “Sabah”la hallanan türkiyəli məşqçi Ümit Ozat məsələyə aydınlıq gətirib. Qol.az xəbər verir ki, o, “Radyospor”a açıqlamasında Bakı klubu ilə danışıq apardığını təsdiqləyib. Qeyd edib ki, “Sabah”a keçidi mümkündür: “Azərbaycanın “Sabah” klubu ilə sıx təmasımız oldu. Bizim də bəzi gözləntilərimiz var. Hətta “Sabah”ın oyunlarını da izlədim. Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə […]

“Düdelanj” – “Qarabağ”: hakimlər bəlli…

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Düdelanj” – “Qarabağ” oyunu üçün hakim təyinatları açıqlanıb. Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Con Biton olacaq. Ona yan xətdə Daniel Makfarlan və Duqlas Potter kömək edəcək. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, […]

“Barselona” cərimələndi

İspaniya Futbol Federasiyası “Barselona”nı 300 avro məbləğində cərimələyib. Qol.az-ın “Cadena Ser”ə istinadən yaydığı xəbərə görə, buna klubun “Atletiko”dan bu yay transfer etdiyi Antuan Qrizmannla mart ayından danışıqlar aparması səbəb olub. Bundan əvvəl fransalı hücumçunun Kataloniya klubunda oynamasına qadağa qoyula biləcəyi iddia olunurdu. “Atletiko” rəsmiləri “Barselona”nın Qrizmannın transferi zamanı qayda pozuntusuna yol verdiyini düşünürək Kataloniya klubundan şikayət […]

“Özümdə yorğunluq hiss edirəm” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi hazırkı durumu və klubunun çıxışı haqda danışıb. Reportyor.info-nun yaydığı xəbərə görə, o, zədəsinin bərpası ilə bağlı bunları deyib: “Zədə səbəbindən iki ay buraxdım, bu, nəzərə çarpır. Özümdə yorğunluq və ağırlıq hiss edirəm”.  Argentinalı hücumçu komandasının mövsümə pis başladığını da söyləyib: “Çətinliklə oyun qururuq və qol epizodları yaradırıq. Bu, sadəcə başlanğıcdır, indi […]

“Sevilya”ya qalib gəlmək iddiamız olmasa” – “Qarabağ”

“Qarabağ”a adaptasiya prosesim çox asan oldu. Əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Uzun illərdir burada oynayan Miçel və Dani Kintana mənə çox kömək edirlər”. Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero “Marca” qəzetinə müsahibəsində deyib.  “Saraqosa”nın keçmiş üzvü Azərbaycanda oynaması ilə bağlı bunları deyib: “Baş məşqçi məni bir neçə il əvvəl […]

UEFA “Qarabağ”a 4 milyon ödədi

“Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait klubun hesabına köçürülüb.  Reportyor.info-nun məlumatına görə, 2,750,000 (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə ilə kluba təqdim olunub. Vəsait turnirin qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır. Bundan əlavə, “Qarabağ”ın son 10 […]

“Sevilya” Bakıya tam heyətlə gəlmir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən  olan “Sevilya”nın Bakıya tam heyətlə gələcəyi gözlənilmir. Qol.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Baş məşqçi Xuan Lopeteqinin hücum xəttində çıxış edən 5 futbolçunun hamısını paytaxtımıza gətirməyəcəyi bildirilir. Onun Nolito, Munir El-Haddadi, Çiçarito, Luk de Yonq və Munas Dabbura qarşıdakı görüşlərdə növbə ilə şans verəcəyi […]




Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"