Category archives for: Dünya

Boliviya böhranı: müvəqqəti xanım prezident kimdir?

“Əl-Cəzirə”, 13.11.2019   Boliviya Senatının rəhbəri Janin Anyes noyabrın 12-də, keçmiş prezident Evo Moralesin sol partiyasından olan qanunvericilər tərəfindən boykot edilməsinə və kvorumun yoxluğuna baxmayaraq, özünü Boliviyanın müvəqqəti prezidenti elan edib. O, iclasda bildirib: “Prezidentin və vitse-prezidentin yoxluğunda, Konstitusiya əsasən, dövlət başçısı vəzifəsini icra edəcəyəm”. Bu hərəkətin dağlıq ölkənin paytaxtı La Pasda və Moralesin dördüncü […]

Lavrovun İrəvana səfərinin şok səbəbi

Rusiya Ermənistan ərazisində Pentaqonun pulu ilə yaradılan bioloji laboratoriyaların mövcudluğundan narahatdır. Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri ilə bağlı “Moskva-Baku” portalında dərc olunmuş məqalədə bildirilir. Qeyd edilir ki, S.Lavrovun səfəri zamanı rusiyalı mütəxəssislərin Ermənistan bioloji laboratoriyalarına buraxılması ilə bağlı memorandum imzalanmayıb. Buna baxmayaraq, erməni jurnalistlər Rusiya diplomatik idarəsinin rəhbərindən […]

İsraildən Qəzzaya zərbələr: 10 ölü

İsrail ordusunun Qəzza sekoruna endirdiyi hava zərbələri nəticəsində 10 nəfər həlak olub. Bu barədə RİA Novosti agentliyinə yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Vafaa Yaqi məlumat verib. Daha əvvəl hava zərbələri nəticəsində 7 nəfərin öldüyü bildirilirdi. Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, hava zərbələri nəticəsində daha 45 nəfər yaralanıb. Bundan əvvəl isə İsrail öz ərazisinin Qəzzadan […]

Ərdoğan ABŞ-a getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşüb. Reportyor.info xəbər verir ki, o, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla əvvəlcə təkbətək görüş keçirəcək. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq.  İki ölkənin dövlət başçıları ən yeni qırıcıların, ABŞ və Rusiyanın “Patriot” və “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması, həmçinin Suriyadakı vəziyyəti […]

Boliviya prezidenti istefa verdi

Boliviya Prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, istefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub. Yeri gəlmişkən, Prezident seçki anonsunu verərkən, Ali Seçki Məhkəməsinin heyətinin tamamilə dəyişdirilməsinə də qərar vermiş, xalqı gərginliyi azaltmağa və hər kəsin mənafeyi naminə zorakılığa son qoymağa […]

İraqdakı etirazlarda 269 nəfər ölüb – BMT

İraqdakı etirazlarda 269 nəfər ölüb. Reportyor.info xəbər verir ki, bu barədə məlumatı BMT-nin İnsan Haqları Ali Komissarlığının rəsmi nümayəndəsi Rupert Kolvil yayıb. “Biz polisin nümayişçilərə qarşı güc tətbiqi nəticəsində yaranan ölü və yaralılar haqqında davam edən məlumatlardan ciddi şəkildə narahatıq. 1 oktyabrdan etibarən etiraz aksiyaları zamanı 269 ölüm faktı qeyd alınıb. Ümumilikdə 8 min nəfər […]

“NATO qocalmaq riski ilə üz-üzədir” – Pompeo

NATO qeyri-effektiv və qocalmış təşkilat olmaq riski ilə üz-üzədir. Axar.az xəbər verir ki, bunu Berlində çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib. “NATO üzvləri hesab edirsə ki, onlar NATO-ya lazımlı resursları ödəmədən öz təhlükəsizlikləri üçün fayda götürə bilərlər, o zaman yanılırlar. Belə ki, NATO-nun qeyri-effektiv və ya qocalmasıyla bağlı risk mövcuddur. NATO-nun 70 yaşı var […]

Əsgər anaları ayağa qalxdı

Ölmüş hərbçilərin anaları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib. Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat verir. Məlumata görə, onlar övladlarının – sülh şəraitində ölən əsgərlərin ölümü ilə bağlı ədalətli araşdırma tələb edir. Bundan başqa, ARF Daşnaksutyun Gənclər Birliyinin üzvləri Ermənistan Nazirlər Kabinetinin binası qarşısında etiraz edirlər. Onların tələbi Ermənistanın təhsil, elm, mədəniyyət və idman […]

Avstraliyadan təxribat: Azərbaycana uzanan erməni barmağı

Tanınmış qərb informasiya resursu Bellingcat Azərbaycanla Gürcüstan arasında münasibətləri zədələməyə hesablanmış təxribata əl atıb. Virtualaz.org xəbər verir ki, bu saytın Avstraliyada mənzillənmiş araşdırmaçısı Masis İngilisyan Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin Ermənistanla sərhəddə mövqelərini irəli çəkərkən Babakər dağı tərəfdə Gürcüstan ərazisinə keçib orada post qurduqlarını iddia edib. Və öz iddiasını peyk fotoları ilə möhkəmləndirməyə çalışıb. Babakər […]

İŞİD liderinin arvadı da həbs edilib – Ərdoğan açıqladı

İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı həbs edilib. Reportyor.info bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Biz də İŞİD liderinin həyat yoldaşını həbs etmişik. Bu gün bunu ilk dəfə açıqlayıram”, – deyə Türkiyə Prezidenti vurğulayıb. Ərdoğan xatırladıb ki, Əbubəkr əl-Bağdadinin bacısı da həbs olunub. Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp […]




Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"