Category archives for: Cəmiyyət

Ünvanlı sosial yardımın alınması qaydası dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat […]

AYB-də mükafatın 50 manatı mənimsənilib?

Oktyabrın 14-də bir qrup yazıçı və şairə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı olan “Ədəbiyyat” qəzeti tərəfindən “Əli bəy Hüseynzadə” mükafatı verilib. Sosial şəbəkələrdə mükafatçılara 250 manatı alacaqlarına dair qol çəkdirsələr də, onlara bu məbləğin 200 manatının verildiyi bildirilib. Məsələ ilə bağlı Kult.az-a danışan “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib: […]

Müsavatda nələr baş verir? – Arif Hacılının sürücüsü də…

Müsavatın IX qurultayı partiya daxilində ziddiyyətləri daha da kəskinləşdirib.  “Yeni Sabah” xəbər verir ki, Arif Hacılının başqanlığına qarşı olan müsavatçılar qurultaydan sonra partiya rəhbrəliyini daha sərt formada tənqid etməyə başlayıblar. Bu da səbəbsiz deyil. Məlumat üçün deyək ki, qurultayda Arif Hacılı 262 səslə növbəti dəfə partiyanın başqanı seçilib. Onun rəqibləri Tofiq Yaqublu və Yadigar Sadıqlı […]

“Bu müsəlmançılıq deyil, dərəbəylikdir” – MÜSAHİBƏ

“Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı, onun düz yolda olmadığını Şeyx telefonda ona deyib” ““Real” televiziyasının açılmasında Şeyxin heç bir rolu olmayıb” Milli Məclisin 75 saylı Lənkəran – Masallı seçki dairəsindən deputatı Cavanşir Paşazadə  Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik: – Cavanşir müəllim, son günlərin əsas müzakirə mövzularından biri Azərbaycanda qadına qarşı zorakılıq və şiddət məsələləri ilə […]

Ərdoğan Bakıda Türk dövlətlərini dollardan imtinaya ÇAĞIRIB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 15-də Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki çıxışı zamanı ABŞ dollarından imtinaya çağırıb. Reportyor.info Modern.az-a istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı deyib: “…türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləyirik. Ancaq əvvəlcə bu fondun maliyyə, hüquqi və inzibati təməlləri sağlam qoyulmalıdır. Bu məsələdə katibliyin […]

Azərbaycanlı iş adamı qəzada öldü

Tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov Rusiyanın Çelyabinsk vilayətində baş vermiş yol qəzasında ölüb. Reportyor.info Reporta istinadən xəbər verir ki, qəza Plast şəhərinin yaxınlığında baş verib. “Ruslada” qənnadı şirkətinin sahibi olan Ə.Süleymanovun olduğu “Toyota Land Cruiser” markalı avtomobil xəndəyə yuvarlanıb və sonra aşıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sükan arxasında olan təhlükəsizlik müəssisəsinin işçisi […]

“Məmurların böyük əksəriyyəti “moşşennik”liklə məşğuldur” – İTTİHAM

“Görünən odur ki, ölkədə ictimai rəyə ciddi fikir vermirlər. Ona görə də məmur təbəqəsi soyğunçuluqla məşğuldur”. Bu fikirləri GÜNpress.az-a açıqlamasında Müsair Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, dəfələrlə konkret ad çəkərək ifşa etdiyi məmurlar var ki, hələ də vəzifə başındadır: “Hətta televiziyadan konkret ad çəmişəm ki, filan məmur filan qədər dğvlət vəsaitini talayıb, filankəs […]

Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabr ayının 18-də Qazax rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Tovuz rayonunda vətəndaşları qəbul edəcəklər. Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu saat 12:00-da Qazax şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Qazax və Ağstafa rayonlarının sakinləri iştirak edə bilərlər. Agentliyin İdarə Heyəti […]

Millət vəkili Türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbirdə gənclərə çağırış edib

Millət vəkili Q.Paşayeva ADPU-də “Azərbaycan-Özbəkistan münasibətlərinin və Türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbirdə gənclərə çağırış edib. Qənirə Paşayeva: “Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsi türk dünyası üçün çox vacibdir” Azərbaycan Dövlət Pedaqoji Universitetində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) dəstəyi ilə “Azərbaycan-Özbəkistan münasibətlərinin və […]

“Nar”İT sahəsində fərqlənən tələbələrə dəstək oldu

Ölkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsinə önəm verən “Nar”, “ADA” Universiteti ilə əməkdaşlığını davam etdirir. Bu dəfə mobil operatorakademik göstəricilərinə görə fərqlənən tələbələrə təqaüdlər verib. Oktyabrın 10-da“ADA”-da keçirilən “Akademik Mükəmməllik Günü”ndə Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Lütfi Zadə” adına təqaüdü qazananların adları açıqlanıb. […]




Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"