Category archives for: Əyalət

Ağdamda aksiya: “Uşaq ürəkləri Qarabağda döyünür!” – Foto

  Qarabağda- düşmən mövqeləri ilə üzbəüz olan Ağdamda “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı ilə məcburi köçkün uşaqlar  və böyüklər üçün tibbi xeyriyyə aksiyası keçirilir. Reportyor.info xəbər verri ki, bu  məqsədlə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin  Mərkəzi Hospitalının 20 nəfər tibb əməkdaşından ibarət briqadası bölgəyə ezam olunub. Yüksək ixtisaslı həkimlər müasir tibbi avadanlıqlarla tam təchiz […]

İlham Əliyevin narazı qaldığı məktəbdən – Video

Prezident İlham Əliyev Xaçmaz və Yevlaxa təyin olunan yeni icra başçıları ilə görüşdə Şamaxıda bir məktəbin yararsız vəziyyətdə olduğunu açıqlamışdı. Reportyor.info xəbər verir ki, ölkə başçısı bu barədə mediadan xəbər tutduğunu qeyd edib: “Son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim […]

Qubada qazlaşdırma davam edir – Video

“Azəriqaz” İstehsalat Birliyi bölgələrdə bu günədək qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidənqurulması istiqamətində işləri davam etdirir. 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Bunlardan 44-nə təbii qaz verilib, beşində hazırda qazlaşma işləri davam etdirilir, qalan məntəqə və massivlərdə qazlaşma işləri yekunlaşaraq yaxın zamanlarda […]

ADAU rektoru haqda – İddialar

  “Saxta diplomlarla bağlı yeni faktlar meydana çıxıb.Bir ay bundan qabaq Azərbaycan Texnologiya Universitetinin müəllimi Qəhrəman müəllim Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar müvafiq məhkəmə qərarları əsasında həbs olunmuşdu. Daha sonra, Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki […]

Tovuzdakı möhtəşəm kompleksdən – Fotolar

Tovuzda təqdirəlayiq işlər həyata keçirilməkdədir. Xüsusən də şəhidlərə ehtiran və onların ailələrinə diqqət, qayğı göstərilir. Onlardan biri Rayon İcra Hakimiyyətinin dəstəyi və Əyyublu kənd icra nümayəndəsinin təşəbbüsü ilə ən böyük yaşayış məntəqələrindən olan Əyyublu kəndində Vətən torpaqları uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə abidə kompleksi yaradılmasıdır. Reportyor.info-ya kənd sakinlərinin verdiyi məlumata görə, kompleksin açılışında ziyalılar, kənd […]

Yevlaxda qəribə olay: başçı qaça-qaça gəlib…

“Ötən qış qapımızdakı axırıncı çinarı da kəsib, yandırdıq… Bu qışı nə bir metr odun var, nə də odun almağa pul…” Yevlaxın Bəydili kənd sakinləri Meydan TV-yə kəndin problemlərindən danışıb. Bəydilidə təxminən 110 yaşayış evi var. Əhalisinin sayı 700 civarındadır. Kəndin əsas problemləri qaz, yol, məktəblə bağlıdır. Sakinlərin deməsinə görə, rayonun demək olar ki, bütün kəndləri […]

Ağdaşda bu ailəyə sosial yardım verilmir

Ağdaşın Qaradağlı kəndində yaşayan Qumru Rəsulovanın iki övladından heç biri yanında deyil. Reportyor.info bildirir ki, oğlu Yusif başında şiş əmələ gəldiyindən nənəsi ilə xəstəxanada yatır. Qumru qızı Zəhranı isə saxlamaq üçün bacısına verməli olub. Qumru Rəsulova deyir ki, həyat yoldaşı onları tərk edib başqa qadınla yaşayır. Aliment ödənməməsinə görə dəfələrlə məhkəmə icraçılarına, polisə müraciət edib, […]

AAYDA Tovuzda möhtəşəm yol çəkir – Fotolar

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. Rayonun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. Reportyor.info xəbər verir ki, bir neçə istiqamət üzrə yenidən qurulan 52 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə […]

Vidadi İsayev islahatlara qarşı – Faktlar

Prezident islahatların “yol xəritəsi” çərçivəsində Sosial Tədqiqatlar Mərkəzini təsis etdi və deputat Zahid Orucu da quruma sədr təyin elədi ki, ictimai rəy obyektiv öyrənilsin. Daha ona görə bu Mərkəz yaradılmadı ki, “gözə kül üfürən” hesabatlar açıqlansın, cəmiyyətin problemləri alayarımçıq, səthi araşdırılsın. Z.Oruc kifayət qədər intellektual, analitik qabiliyyətə malik, dünyagörüşü olan siyasətçidir. Onun parlamentdə və mətbuat […]

Cəlilabadı mitinqlərə kimlər sürükləyir?-Qandonduran videolar

Cəlilabad rayonunda idarəçiliyin acınacaqlı, dözülməz olmasını 19 oktyabr mitinqi də üzə çıxardı. Bir daha təsdiq olundu ki, cənub bölgəsində vəziyyət o dərəcədə mürəkkəb, o dərəcədə ağırdır, insanlar Bakıya icazəsiz aksiyada iştirak etməyə, səslərini bu yolla dövlətə çatdırmağa məcbur qalıblar. Hərgah, prezidentin yeni təyin etdiyi icra başçısı Namiq Zeynalovdan gözləntilər varıydı – sosial gərginlik azalacaq, təhsildə, […]




Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"