
Reportyor.info-nın poçtuna qızı qaraciyər serrozundan əziyyət çəkən ananın ürək dağlayan müraciəti daxil olub və məktub müəllifi probleminin işıqlandırılmasını xahiş edir.
Qızım Sadıqova Ülviyyə Telman qızı Xəzər Tv vasitəsi ilə xeyriyyəçilər tərəfindən 2014-cü il tarixində qara ciyər sirrozu səbəbi ilə Mərkəzi Neftçilər Xəstəxanasında həkim Mircəlal Kazimi tərəfindən oğlumdan qızıma qaraciyər transplantiyasiya icra olunmuşdur.Həmin vaxtın video çəkilişinin linkin müraciətimə əlavə edirəm Xəstəliyilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən komissiya təşkil olunmuş və tibbi həkim komissiyasının rəyinə əsasən I qrup əlillik verilmişdir.
Qeyd etmək istəyirəm ki, qızım icbari tibbi sığorta ilə sığortalanmışdır. Transplantasiyadan sonra müəyyən olunan dərman və iynələrdən imkanımız çatan qədər istifadə etsək də 2019-cu ilin yanvar ayının əvvəllərindən övladımın vəziyyəti kəskin olaraq pisləşmişdir. öd yollarının açılması üçün Respublika Müalicəvi Diaqnostik Mərkəzi Xəstəxanasına göndəriş verilmişdir. Müayinələrin nəticəsinə görə ödünə drenaj qoyulmalı idi. Lakin sonuncuda müayinələrdən keçdikdən sonra qara ciyərində sıradan çıxmaq üzərə olduğunu və tez bir zamanda müdaxilə edilməsini (dəstək müalicəsi) bildirdilər və xəstəxananın baş həkimi invaziv prosedurdan öncə xəstəyə qaraciyər transplantasiyası icra edən cərrah transplantoloqun konsultasiyasında olmağı məsləhət bilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə transplantoloq Mircəlal Kaziminin Gömrük Hospitalında işlədiyini, lakin həmin xəstəxana ilə müqavilələrinin olmadığını bildirərək qızımı Mərkəzi Klinik Xəstəxanaya göndərdilər. Mərkəzi Klinik Xəstəxana da müayinələr edərək, qarında və ürəkdə su yığıldığını bildirmişdir. Resept yazıb stasionar xəstə üçün yerin olmadığını bildirərək Yevlax rayon Xəstəxanasına göndərmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qızımın müayinəsi sığortanın baza zərfinə daxil olmadığına görə onu Bakıda müayinə etdirə bilmərik deyib,rayona göndəriblər.Övladım hazırda 1 aya yaxındır ki Yevlax rayon xəstəxanasında ağır vəziyyətdə yatır. Aydın olduğu kimi Yevlax rayon Xəstəxanasında qızımın müalicə olunmağı üçün transplantaloq həkim, lazım olan aparatlar və şərait mövcud deyil və bunu xəstəxana özü də başqa xəstəxanaya göndəriş verərək təsdiq etmişdir. Hal-hazırda Yevlax rayon Xəstəxanasının ağır vəziyyətdə yatır, halı olduqca pisdir, burda da lazimi tibbi yardım göstərilə bilmir.
Göz yaşları ilə bildirmək istəyirəm ki, ölümcül, bu dərəcəli ağır bir xəstəliyə məruz qalmış qızım qalıb Yexlav rayon Xəstəxanası, Bakı şəhərindəki Mərkəzi Klinik Xəstəxanasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında qalıb , heç bir xəstəxana müalicə proseduru üzərinə götürmək istəmir. Belə ki, Yevlax rayon Xəstəxanası qızımı göndərir Respublika Müalicəvi Diaqnostik Mərkəzi Xəstəxanasına, o da qaraciyərində problem olması səbəbindən orqanin dəyişmiş həkimin müalicə etməsi barədə sənəd verib. Mərkəzi Klinik Xəstəxanaya göndərir. Onlar da resept yazıb stasionar xəstə üçün yerin olmadığını bildirərək Yevlax rayon Xəstəxanasına göndərirlər. Təbii olaraq da Yevlax rayon Xəstəxanası da transplantoloqun olmamasını bildirir. Halbuki qızım 1-ci qrup əlildir, cənab Prezidentimiz əlillərin ehtiyaclarının qarşılanması adına göstərişlər vermişdir və dövlətin qayğısının daim əlillərin üzərində olduğunu bildirmişdir. Qızımın vəziyyəti pisdir və günü-gündən pisləşməyə doğru gedir. Lakin onu müalicə etmək üçün bizim heç bir maddi imkanımız yoxdur. Mən əmək pensiyası alan yaşlı qoca, qızım 1-ci qrup əlil. Biz çarəsiz qalmışıq və sizlərdən öz köməyinizi əsirgəməməyinizi xahiş edirik.
Birinci vitse-prezidentə Heydər Əliyev Fonduna Ölkə Başçısına və digər rəhbər orqanlara müraciətlər edərək övladıma qaraciyər köçürmüş transplantoloq və hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində işləyən Mircəlal Kaziminin nəzarəti altında dövlət hesabına müalicə almasına kömək göstərilməsin xahiş etmişəm.Birinci vitse-prezident,Heydər Əliyev Fondu tərəfindən müraciətlərimiz Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə yönləndirilmişdir. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən məktubumuz cavablandırılaraq bildirilmişdir ki,aparılan müayinələr nəticəsində xəstəyə “Malnutrisiya,ümumi zəiflik və öd yollarında minimal darlıq “diaqnozu qoyulmuşdur.müvafiq müalicə verildikdən sonra öd yollarına “balon dilatasiya” məsləhət tibbi xidməti görülmüşdür.” balon dilatasiya” tibbi xidməti gömrük Hosbitalında göstərilmir.Onu da nəzərinizə çatdırıram ki biz Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində cavab məktubunda qeyd edilən tibbi xidmətin övladıma göstərilməsin xahiş etməmişik.Xahişim yalnız övladıma qaraciyər köçürmüş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində işləyən Mircəlal Kazıminin nəzarəti altında qaraciyərində yaranmış problemlə bağlı dəstək müalicəsi almasına kömək göstərilməsindən ibarətdir.
Birinci vitse-prezidentə Heydər Əliyev Fonduna Ölkə Başçısına və digər rəhbər orqanlardan kömək istəməyimin üzərindən 1 ay keçməsinə baxmayaraq birinci qrup əlil olan xəstə övladıma heç bir kömək edilmir.sadəcə başlarından etmək üçün cavab məktubu yazıb göndərirlər.Digər həkimlər də övladımı müalicə edə bilmirlər heç bir həkim kömək göstərmir və yalnız qaraciyərin dəyişmiş transplantoloqun qızımı müalcə edə biləcəyi bildirilir.
Övladıma qaraciyər transplantasiyasın icra edən cərrah transplantoloq Mircəlal Kazımi (055 776 88 99) hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan Tibbi Xidmət İdarəsində işləyir. Dövlət Gömrük Komitəsinin tabeliyində olan Tibbi Xidmət İdarəsi yalnız Dövlət Gömrük Komitəsinin işçilərinə ödənişsiz tibbi xidmət göstərir. Maddi imkansızlıq səbəbindən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə müraciət edərək ödənişli əsaslarla birinci qrup əlilə lazımi tibbi yardım göstərilməsin təmin edə bilmirik. Övladım hal-hazırda orqan transplantasiyasın icra edən transplantoloq Mircəlal kazıminin nəzarəti altında transplantalogiya şöbəsində yatmalı olduğu halda maddi imkansızlıq ucbatından transplantologiya şöbəsi ilə heç bir əlaqəsi olmayan Yevlax rayon Mərkəzi Xəstəxanasında yatır.Övladımı müalicə edə biləcək həkim Yevlaxda deyil Bakı şəhərində yerləşən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində işləyir.
Birinci qrup Əlillik dərəcəsi təyin edilmiş övladıma lazımi tibbi yardımın göstərilməsi üçün dəfələrlə yevlax rayon icra hakimiyyətinin başçısına və rəhbər orqanlara müraciətlər etmişik biganəlik nəticəsində xəstənin vəziyyəti kəskin olaraq pisləşibdir vəziyyəti çox ağırdır.Ölüm ayağında olan balama xəstəxanalarda həyatı üçün vacib olan dərmanlar lazimi tibbi yardım göstərilmir ki həmin tibbi yardım İcbari Tibbi Sığortanın Baza zərfinə daxil deyil bu səbəbdən canı ilə çəkişən xəstəyə tibbi yardım göstərə bilmirik.
Hal-hazırda qaraciyər Transplantasiyasın icra edən həkim Mircəlal Kazıminin tibbi müdaxilə etməsi vacib olduğu halda birinci qrup əlil olan övladım lazımi tibbi müdaxilədən məhrumdur və həyatı təhlükədədir.
İllərdir icbari tibbi sığorta tərəfindən yevlax rayon mərkəzi xəstəxanasında kömək göstərilə biləcəyi deyilirdi.Onu da qeyd edim ki Yevlax rayon xəstəxanasında transplantasiya şöbəsi orqan transplantasiyasın həyata keçirən cərrah olmadığı halda hansı qaydada övladıma tibbi yardım göstəriləcəyi mənə məlum deyil.
Respublikanın rəhbər orqanlarına ölkə başçısına birinci vitse-prezidentə ombudsman aparatına və digər rəhbər orqanlara rəsmi müraciət edərək birinci qrup əlil olan övladım Sadıqova Ülviyyə Telman qızının həyatının təhlükədə olmasın nəzərə alaraq dərhal qaraciyər transplantasiyasın icra edən cərrah transplantoloq Mircəlal Kazıminin işlədiyi və ödənişli əsasla fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin tabeliyində olan Tibbi Xidmət İdarəsindəbirinci qrup əlil olan övladimin qısa müddətdə yatırılaraq dövlət hesabına bütün lazımi tibbi yardımın edilməsinəkömək etmənizi Xahiş edirəm.
Məsələni diqqətdə saxlamanızı və müraciətimə əlavə edilmiş video kadrların yenidən ictimailəşdirilməsinə kömək etmənizi yaşlı ana kimi acizanə xahiş edirəm.
Göstərilənləri nəzərə alaraq, qızımın təcili şəkildə qaraciyərin dəyişmiş transplantoloq Mircəlal Kaziminin işlədiyi Gömrük Hospitalında həkimin nəzarəti altında dövlət hesabına dəstək müayinə və müalicə olunmağı üçün kömək etmənizi xahiş edirik.
Hörmətlə Xudayarova Bağdagül Furuş qızı