“Qulağınızı yuduzdurun” – Şəbnəm

11 Sentyabr 2019 - 16:23
107 oxunma

Müğənni Şəbnəm Tovuzlu “Üçümüz verilişində yaşananlara aydınlıq gətirib.

Musavat.com-a açıqlama verən ifaçı bildirib ki, rus dilində canavara dovşan deməsi haqqında yazılanlar şişirdilib:

“Verilişə yaxşı-yaxşı baxsınlar, qulaqlarını da yudurdub, qulaq assınlar. Orda mən canavara dovşan deməmişəm. Sadəcə cizgi filmdəki replikaları yadıma salırdım. Uşaqlıqdan izlədiyimiz cizgi filmdir.

Deyəsən, məni heç nəyi bilməyən biri kimi təqdim etmək kimlərəsə sərf edir. Nə səbəbə sərf etdiyini bilmirəm. Düşünürəm ki, reytinqlərini qaldırmağa çalışırlar. O zaman qulaqlarını yaxşı açsınlar, mən canavara fil demişəm, onlar eşitməyiblər. Təbii ki, bu, bir zarafatdır, kinayədir. Məni belə xəbərlərlə yıxa, gözdən sala bilməzlər”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"