Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda öldürülən jurnalist Camal Xaşoginin nişanlısı Hatice Cengizə mühafizə ayrılacaq.
Reportyor.info xəbər verir ki , bununla bağlı qərar İstanbul valiliyi tərəfindən verilib.
Qərara əsasən, İstanbul Polis İdarəsinin Mühafizə şöbəsi Hatice Cengizi 24 saat ərzində qoruyacaq.