14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Cahangir Hacıyevin Enerji Agentliyindəki adamının – Dosyesi

14 Noyabr 2018, 13:00
Seçmə, Araşdırma
A A
Cahangir Hacıyevin Enerji Agentliyindəki adamının – Dosyesi

Ekspert M.Rüstəmov tərəfindən daxil olan məqalədə Enerji Məsələlərini Tənzimləmə Agentliyində baş verənlərdən bəhs olunur.

AzEuroNews.comyazını təqdim edir: Prezident İlham Əliyev dekabrın 22-də “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılmışdır.

Agentliyin fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarının tətbiq ediləcəyi əsas məqsədlərdən biridir. Agentlik İdarə Heyəti tərəfindən idarə olunur.

İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən sədr və onun iki müavininədən ibarətdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri “Siemens AG” Almaniyanın Azərbaycandakı filialının rəhbəri Samir Əli Hüseyn oğlu Axundov təyin edilib.

Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin istifadəsində olan 7 milyon manat dəyərində əmlak və maliyyə vəsaiti agentliyin balansına verilib.

Eyni zamanda enerji sahəsində fəaliyyət göstərən AzərEnerji, Azərişıq, Azəristiliktəhçizat, Dövlət neft şirkəti, Azəriqaz kimi dövlət müəssisə və təşkilatları tərəfindən gəlirlərinin müəyyən edilmiş hissəsi Aqentliyə ödənilməsi haqqında qərar qəbul edilmişdir. Hesablamalara görə bu ödənişlərin məbləği ildə ən azı 3 milyon manat təşkil edəcək, üstəgəl Agentliyin xidmətlərinə görə tutulacaq haqlar.

Göründüyu kimi yeni yaradılan təşkilatın sərəncamına hər il milyonlarla vəsait daxil olacaq. Samir Axundovun təqdimatı əsasında Agentliyin İdarə Heyətinin sədr müavini vəzifəsinə İsmayılov Rövşən təyin olunub.

Qeyd etmək lazımdır ki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə bu sahədə mütəxəsis və təcrübəsi olan yox uzun müddət ərzində Beynəlxalq Bankın baş mühasibi və maliyyə direktoru işləmiş şəxsin təyin olunması təəccüb doğurmaya bilməzdi.

Çünki İsmayılov Rövşən Beynəlxalq Bankın keçmiş sədri, dövlətə milyardlarla zərər vurmuş və maliyyə fırıldaqlarına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Cahangir Haçıyevin “sağ əli” sayılırdı və bankın cari fəaliyyətini idarə edirdi. O Cahangir Haçıyevin maliyyə piramidasının və pulların yuyulması sxemlərinin əsas müəlifi və icraçısı olmuşdur.

Cahangir Hacıyev Texnika Bankı öz havadarlarının, qudası Eldar Mahmudovun köməyi ilə ələ aldıqdan sonra İsmayılov Rövşəni bu bankın Müşahidə Şurasının sədri təyin edib. Məhz bundan sonra Beynəlxalq Bankda olduğu kimi burada da pulların yuyulmasına və qanunsuz pul transferlərinə start verilib.

Təbii ki bu əməliyyatlar da hüquq mühafizə orqanları tərəfindən ifşa olunub. Yalnız bir epizod üzrə onun iş yerindən 4 milyon dollar müştərilərin oğurlanmış pulları tapılıb.

Evində axtarış aparılarkən milionlarla dəyəri olan zinyət əşyaları daş-qaş və pul, bahalı avtomobilləri müsadirə edilib. Sonunda qısa bir müddət ərzində Haçıyev və İsmayılov birliyi Texnika Bankı da müflis etmiş və onların cinayətlərinin nəticəsi olaraq bank ləğv edilib. İsmayılov həbs edilib.

Yalnız istintaqla əməkdaşlıq etdiyini Cahangir Hacıyevin qanunsuz əməllərində iştirak edən şəriklərini təslim etdiyini və oğurladığı pulların bir qismini qaytadığına görə müvəqqəti olaraq azadlığa buraxılıb. Bu hadisələr ölkə mətbuatında geniş yer almışdır.

R. İsmayilovun Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinatı energetika sahəsində mütəxəssislər və dövlət təşkilatlarının rəhbərləri tərəfindən birmənalı qarşılanmayıb.

Çünki bu təşkilatların demək olar ki hamısı Beynəlxalq Bankın müştəriləri idi və Rövşən İsmayılovun fəaliyyətinin birbaşa şahidi olublar.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundovun R. İsmayılov seçiminin izahı, onun maliyyə fırıldaqlarında və pulların yuyulmasında təcrübəsi olan müavinə ehtiyacı olmasıdır.

Hər kəs əmindir ki Rövşən İsmayılovun təinatı yalnız bu məqsədi güdür və İdarə Heyətinin sədri Samir Axundovun onun təcrübəsindən yararlanmaq üçün, adı maliyyə maxinasiyalarında bulanan və bunun nəticəsində heç yerdə işə götürülməyən insanı, energetika sahəsində dövlətin tənzimləmə funksiyasını həyata keçirən Prezidentin Fərmanı ilə yeni yaradılan agentliyə rəhbər vəzifəyə gətirib.

Eyni zamanda onların uzun illərdir ümumi iş birliyi və münasibətləri var. Şübhə yoxdur ki Axundovun – İsmayılov birliyi Beynəlxalq Bankda pulların yuyulması mexanizmini Enerji Məsələlərini Tənzimləmə Agentliyində də“ uğurla” tədbiq edəcəklər.

Yazıda adı çəkilən bütün tərəfləri dinləməyə hazırıq.

 

Əvvəlki yazı

Sumqayıtda bloklar həkimlərə təmir etdirilir – Foto

Sonrakı yazı

Sürücülərin nəzərinə: sabah jalüz dövrü bitir

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.