• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Bazar, 17 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Banner

CAHANGİR ƏSGƏROV AİLƏ HOLDİNQİNİN RƏHBƏRİNİ DƏYİŞDİ – AZAL prezidentindən 400 milyon tələb olunur

2018-09-22
in Banner, SEÇMƏ
0
CAHANGİR ƏSGƏROV AİLƏ HOLDİNQİNİN RƏHBƏRİNİ DƏYİŞDİ – AZAL prezidentindən 400 milyon tələb olunur
29
Paylaşılıb
19
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

“Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib.

Bənzər Yazılar

Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı

Vüqar Səfərlinin mənimsədiyi milyonlar…

Karantin rejimi yumşaldılacaq? (VİDEO)

Bu haqda “AzPolitika.info”ya özəl mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, “Silk Way Holding” MMC-nin prezidenti vəzifəsi hələlik Zaur Axundovun müavininə tapşırılıb.

Bundan əlavə, holdinqin tərkibinə daxil olan “Silk Way Connect” MMC-nin rəhbəri də dəyişib. Belə ki, Emin Etibar oğlu Ələkbərzadəni Zaur İbrahim oğlu Nəsirov əvəz edib. O, həm də holdinqə daxil olan “Silk Way Bank” ASC-nin Audit komitəsinin üzvü, “Silk Way Insurance” ASC-nin isə Təftiş komissiyasının sədridir.

Eyni zamanda “Silk Way Holding” MMC-nin bu il aprelin 24-də təsis etdiyi “Silk Way Connect” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 200 manatdan 1 mln. ABŞ dollarına çatdırılıb.

“AzPolitika.info” xatırladır ki, “Silk Way Holding” AZAL prezidenti Cahangir Əsgərovun biznes imperiyasına daxildir. 4 iyul 2006-cı ildə C.Əsgərovun yaxın qohumlarından birinin adına təsis etdiyi holdinq, qısa müddətdə bir imperiyaya çevrilib. Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın əsas payçılarıdır.

Zaur Axundov

Zaur Axundov

Mənbənin məlumatına görə, C.Əsgərovun Zaur Axundovu vəzifəsindən azad etməsinə səbəb “Silk Way Holding”in fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaranmasıdır. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb.

Yəqin ki, digər vəzifəli şəxslərin şirkətlərinə, himayələrindəki iş adamlarına verilən 100 milyonlarla kredit kimi, bu halda da hər hansı girov tələb olunmayıb. Sadəcə, AZAL prezidentinin o zaman Beynəlxalq Banka rəhbərlik edən adaşından xahişi 400 milyonun “Silk Way Holding” ayrılması üçün kifayət edib. Görünür ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbəri “şapka Mamed” kimi tanınan Məmməd Musayevə istənilən vasitə ilə pulların yığılmasının tapşırılması vəziyyəti dəyişib.

Məlumata görə, hazırda Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilmir. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini “Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilir. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin “Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunur. Bununla C.Əsgərovun vaxt qazanmağa çalışdığı, yoxsa ümumiyyətlə 400 milyonu qaytarmaq istəmədiyini söyləmək çətindir.

Ancaq əsas ofisi beynəlxalq hava limanında yerləşən “SW Holding”in qazancı qarşısında 400 milyonun elə də böyük pul olmadığını söyləyə bilərik. Bu holdinqin tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən xeyli sayda şirkət daxildir. Hansı ki, bu şirkətlər vasitəsilə Cahangir Əsgərov böyük pullar qazanır. Holdinqə daxil olan şirkətlərdə minlərlə insanın çalışması onun biznes imperiyasının həcmini təsəvvür etməyə imkan verir.

Holdinqə daxil olan şirkətlər bunlardır: Airport Gate; Airport Hotel; Azal Sığorta; Baku Cargo Terminal (BCT); Duty Free; Euroasian Cargo; Ground Handling Company (GHC); Silk Way Airlines; Silk Way Bank; Silk Way Business Aviation; Silk Way Construction; Silk Way Helicopter Services (SWHS) ; Silk Way Technics (SWT); Silk Way Information Technologies (SWIT); SW Catering & Supply; Sky Catering ; SW Travel; Turan Air və sair.

Qeyd edək ki, Əsgərov bu holdinqi yaratmaqla «AZAL» QSC-yə, yəni dövlətə məxsus gəlirli sahələri öz şirkətlərinə transfer edib. Bu qurumun bütün gəlirli sahələri Əsgərovun «Silk Way Holdinq»inə transfer olunub. Cahangir Əsgərov bu holdinq vasitəsi ilə Azərbaycan SƏMASINI sözün həqiqi mənasında İNHİSARA ALIB və bu sahədən HƏR İL külli miqdarda qazanc götürür. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür.

boeing2018-5

Belə ki, karqo daşınmaları Əsgərovun holdinqinin offşor kampaniyalar vasitəsilə həyata keçirdiyi bildirilir. Bu da holdinqə ildə bir neçə yüz milyon dollar gəlir gətirir. Yükdaşımaların böyük hissəsi «Silk Way” Aviaşirkəti vasitəsilə həyata keçirilir. 

imagesRəsmi statistikaya əsasən, 2003-cü ildə hava nəqliyyatında daşımalardan 133 milyon manata yaxın gəlir əldə edilmişdi. 2006-cı ildə bu gəlirlər 223 milyon manatı keçdi, 2007-ci ildə 327 milyon manata yaxın oldu. 2011-ci ildə isə hava daşımalarından əldə edilmiş gəlirlər 558 milyon manata yaxın idi. 2012-ci ildə gəlirin həcmi 617 milyon, 2013-cü ildə 780 milyon manata yaxın, 2014-cü ildə 1 milyrd 400 milyondan artıq, 2015-ci ildə 1 milyard 680 milyon, 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq olub. Bu il bu rəqəmin daha da artacağı şübhə doğurmur. Hələ qeyri-rəsmi gəlirləri demirik. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz  «Silk Way Holdinq»in büdcəsinə yönəldilir. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür.

 Belə böyük qazanc əldə edən holdinqin Beynəlxalq Bankdan götürdüyü 400 milyon dollar krediti qaytarmamasını, əlbəttə, məntiqlə izah etmək çətindir. Ancaq unutmayaq ki, Azərbaycanda yüksək rütbəli məmurların bir çoxu dövlətdən yalnız almağa öyrəşib. Ona görə də, C. Əsgərovun 400 milyonu geri qaytarmaq üçün müxtəlif üsullara əl atması elə də təəccüblü deyil…

Murad
AzPolitika.info

Paylaş29TweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR

Sonrakı yazı

DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI SON QƏRAR – Konstitusiya Məhkəməsi nöqtəni qoydu

Sonrakı yazı
DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI SON QƏRAR – Konstitusiya Məhkəməsi nöqtəni qoydu

DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI SON QƏRAR – Konstitusiya Məhkəməsi nöqtəni qoydu

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

QARABAĞDA ERMƏNİ ƏSGƏRİ ÖLDÜRÜLDÜ

QARABAĞDA ERMƏNİ ƏSGƏRİ ÖLDÜRÜLDÜ

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

“Hirkanda baş vermiş yanğın lokallaşdırılıb”

“Hirkanda baş vermiş yanğın lokallaşdırılıb”

2021-01-17
Türkiyədə son sutkada 168 nəfər koronavirusdan vəfat etdi

Türkiyədə son sutkada 168 nəfər koronavirusdan vəfat etdi

2021-01-17
“Ermənilər bu heykəlləri bizə pulla satıblar” – Prezident

“Ermənilər bu heykəlləri bizə pulla satıblar” – Prezident

2021-01-17
Ordusu olmayan ölkələr: Onları kim və necə qoruyur? (SİYAHI)

Ordusu olmayan ölkələr: Onları kim və necə qoruyur? (SİYAHI)

2021-01-16
Vazgen Manukyan “Ermənistan ordusunun bərpasına azı 2-3 il lazımdır”

Vazgen Manukyan “Ermənistan ordusunun bərpasına azı 2-3 il lazımdır”

2021-01-16
Nizami Gəncəvi harada anadan olub?

Nizami Gəncəvi harada anadan olub?

2021-01-16
Ərdoğan: “Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək”

Ərdoğan: “Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək”

2021-01-16
Prezident: “Şuşi” adlı şəhər yoxdur, Şuşa var”

Prezident: “Şuşi” adlı şəhər yoxdur, Şuşa var”

2021-01-15
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: 1 gündə 3 tender

Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: 1 gündə 3 tender

2021-01-15
Mikayıl Cabbarovdan Böyük Qayıdışla bağlı açıqlama

Mikayıl Cabbarovdan Böyük Qayıdışla bağlı açıqlama

2021-01-15
Prezident və ailə üzvlərinin Füzuli və Şuşaya səfərindən FOTOLAR

Prezident və ailə üzvlərinin Füzuli və Şuşaya səfərindən FOTOLAR

2021-01-15
Şəhərdə hərbi formada gəzənlərə qarşı reydlər başladı – Video

Şəhərdə hərbi formada gəzənlərə qarşı reydlər başladı – Video

2021-01-15
Əliyar Əliyevin məzar daşı hazırlandı (FOTO)

Əliyar Əliyevin məzar daşı hazırlandı (FOTO)

2021-01-15
Xızıda şəhidin plakatı söküldü, başçı isə… – Foto

Xızıda şəhidin plakatı söküldü, başçı isə… – Foto

2021-01-15
Hirkandakı yanğının söndürülməsinə təyyarə cəlb edildi

Hirkandakı yanğının söndürülməsinə təyyarə cəlb edildi

2021-01-15
Başına 1 milyon pul qoyulmuşdu, öldürüldü

Başına 1 milyon pul qoyulmuşdu, öldürüldü

2021-01-15
“Xocalı faicəsində rusların iştirakı cüzi olub” – Abutalıb Səmədov yenə rusları müdafiə etd

“Xocalı faicəsində rusların iştirakı cüzi olub” – Abutalıb Səmədov yenə rusları müdafiə etd

2021-01-15
Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı

Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı

2021-01-15
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir (VİDEO)

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir (VİDEO)

2021-01-15
“İlk maaşımı alanda nənəmin qəbrini…” – şəhid Hüseynin nakam taleyi – Foto

“İlk maaşımı alanda nənəmin qəbrini…” – şəhid Hüseynin nakam taleyi – Foto

2021-01-15

Seçmə

  • Bütün
  • SEÇMƏ
Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
SEÇMƏ

Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı

2021-01-15
Vüqar Səfərlinin mənimsədiyi milyonlar…
SEÇMƏ

Vüqar Səfərlinin mənimsədiyi milyonlar…

2021-01-14
Karantin rejimi yumşaldılacaq? (VİDEO)
SEÇMƏ

Karantin rejimi yumşaldılacaq? (VİDEO)

2021-01-14
Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı
SEÇMƏ

Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı

2021-01-12
Pakistanın Hərbi Hava Qüvvələri komandanı Bakıda
SEÇMƏ

Pakistanın Hərbi Hava Qüvvələri komandanı Bakıda

2021-01-11
Səxavət Məmmədovun məzarı illər sonra… (VİDEO)
SEÇMƏ

Səxavət Məmmədovun məzarı illər sonra… (VİDEO)

2021-01-09
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

“Hirkanda baş vermiş yanğın lokallaşdırılıb”

“Hirkanda baş vermiş yanğın lokallaşdırılıb”

2021-01-17
Türkiyədə son sutkada 168 nəfər koronavirusdan vəfat etdi

Türkiyədə son sutkada 168 nəfər koronavirusdan vəfat etdi

2021-01-17
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.