Keçən il cinsiyyət dəyişikliyi əməliyyatından sonra ordudan tərxis edilən Cənubi Koreyadakı ilk trans əsgər evində ölü tapılıb.
Reportyor.info xəbər verir ki, 23 yaşlı Byun Hui-su Seulun cənubundakı Çionqjuda yaşayırmış. Onunun ordudan ayrılmadan əvvəl tank alayında ən qabiliyyətli sürücü olduğu bildirilib.
Byun Hui-su işindən qovulduqdan sonra mətbuat konfransı keçirərək vətənə xidmət etməyin ən böyük arzusu olduğunu söyləsə də, orduya qayıtmasına icazə verilməyib.
Byunun ölümünün səbəbi bəlli olmasa da, müalicə aldığı Milli Psixi Sağlamlıq Mərkəzinin sözçüsü onun intihar edə biləcəyinə diqqətə çatdırıb.
Yerli media isə Byunun üç ay əvvəl intihara cəhd etdiyini, bundan sonra müalicə almağa başladığını iddia edib.
Discussion about this post