“Cəmi iki zərbə endirib qalib gələcəyik…”

15 May 2019 - 13:01
101 oxunma

Birləşmiş Ştatlar İranla mümkün hərbi toqquşmaya hazırlaşır və Yaxın Şərq regionuna qüvvələr cəmləşdirməkdə davam edir. Xəbər verildiyi kimi regiona təyyarədaşıyan gəminin və bombardmançıların göndərilməsinin ardınca Pentaqon İranla mümkün müharibə üçün 120 minlik qüvvənin Yaxın Şərqə yeridilməsi planını da hazırlayıb. Bu plan İranın regionda ABŞ və müttəfiqlərinin hərbi bazalarına hücumu, yaxud Tehranın nüvə silahı əldə etmək fəaliyyətlərini gücləndirməsi halında işə düşəcək. Lakin İrana birbaşa müdaxilə nəzərdə tutulmur.

Virtualaz.org xəbər verir ki, senator Tom Kotton Amerikanın İranla qarşıdurmada cəmi iki zərbə ilə qalib gələcəyini deyib. Senator PBS telekanalının efirində İranla müharibəni mümkün sayıb. Bildirib ki, qələbə üçün ABŞ-a cəmi iki zərbə endirmək lazım gələcək.

“Bəli, iki zərbə. Birinci zərbə və sonuncu zərbə”-Kotton ABŞ-ın İran üzərində qalib gəlmək imkanları barədə suala cavab olaraq deyib.

Встроенное видео

Firing Line with Margaret Hoover

@FiringLineShow

Senator @TomCottonAR tells Firing Line if it comes to war with Iran, he is confident the United States would win, and would win swiftly. “Two strikes, the first strike and the last strike,” says the Senator.

1 774 человек(а) говорят об этом

Senator bildirib ki, müharibənin başlanmasına səbəb İranın ABŞ hərbçilərinə və ya Birləşmiş Ştatların müttəfiqlərinin qoşunlarına hücum etməsi ola bilərdi. Lakin senator İrana “iki zərbənin” konvensional, yoxsa nüvə silahı ilə endiriləcəyini dəqiqləşdirməyib.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı (2000-2002), admiral Alan Uest isə ABŞ-ı İran ətrafında vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb. Onun sözlərinə görə, İrana zərbə “mütləq fəlakət” olacaq.

“Münaqişə riski artır. Bu, fövqəladə təhlükəlidir. Əgər ABŞ İrana hücum etməyə qərar versə bu acınacaqlı səhv olacaq. Birincisi, bütün dünya üzrə diversiya-terror aktları artacaq. İkincisi, İranın ciddi raket silahları var və bunu yaddan çıxarmaq lazım deyil”-admiral deyib.

Bu arada İran “altılar” qrupu ilə imzaladığı nüvə svdələşməsi üzrə öhdəliklərini qismən dayandırıb. Tehran bildirir ki, əgər Avropa ölkələri 50 gün ərzində İranı ABŞ sanksiyalarından qorumaq üçün addımlar atmasa bu sövdələşmədən tam çıxacaq və uranı zənginləşdirməyə başlayacaq.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"