Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında Alar kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakinləri – 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.