Cəlilabad rayonunda kütləvi dava baş verib.Reportyor.info-nun əldə etdiyi məlumata görə bir neə gün öncə Cəlilabad rayon sakini 1971-ci il təvəllüdlü Tağıyev Zaur Aydın oğlu Biləsuvar sərhəd-keçid məntəqəsinin rütbəli şəxsi İlqar Panıyev və yaxınları tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralı Zaur Aydın oğlu dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Baş vermiş hadisə ilə bağlı İlqar Panıyevlə əlaqə saxlasaq da, telefonu üzümüzə qapatdı.Əldə etdiyimiz məlumata görə İlqar Panıyevin qardaşı Çingiz Panıyev Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutur.Faktla bağlı Cəlilabad Rayonu Prakrorluğunda cinayyət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Mövzu diqqətimizdədir
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:
Reportyor.info