14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bütün ölkə boyu təhsili məhdudlaşdırmaq bacarıqsızlıqdır” – Deputat

17 Sentyabr 2020, 14:23
Uncategorized
A A
“Bütün ölkə boyu təhsili məhdudlaşdırmaq bacarıqsızlıqdır” – Deputat

“Pandemiya ilə bağlı olaraq yeni dərs ilində onlayn təhsil sisteminə üstünlük verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb”.

Reportyor.info xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, onlayn dərslərin keyfiyyətinə o qədər də ümid bəsləmir:

“Yeni formatda hansısa mövzunun tezliklə qavranılacağına əmin deyiləm. Çünki qavrama təkcə induksiya və deduksiya prosesi deyil, həm də psixoloji prosesdir. Psixoloji cəhətdən şagird yaşadığı mənzildə yeni psixoloji mühitə düşür. Bizdə isə bu sahədə təcrübə yoxdur. Təcrübə olmadığına görə düşünürəm ki, bu dərs formasının bilik qazanmaq baxımından səmərəsi hələ ki, yüksək olmayacaq. Hesab edirəm ki, Təhsil Nazirliyi bu məsələyə yenidən baxmalıdır”.

VHP sədri deyib ki, bir çox kəndlərdə internet, hər evdə kompüter yoxdur. Onun fikrincə, yeni təhsil növü xeyli sayda şagirdi təhsildən kənarda saxlayacaq: “Ölkədəki 1.6 milyon şagirdin 1 milyonu virtual məktəbdən qeydiyyatdan keçib, 600 min şagird kənarda qalıb əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Bu dərs növü isə həm baha, həm də günümüz üçün real deyil. Hələ onlayn sisteminə keçid həddinə gəlib çatmamışıq. Mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Dağ rayonlarında və ümumiyyətlə bölgələrdə internetləşmənin yaxşıp səviyyədə olmadığı hər kəsə bəllidir. İnternetdən mərhum olan minlərlə şagirdə onlayn dərs tətbiq etmək olmaz “.

S.Rüstəmxanlı bildirib ki, bütün dünyada tüğyan edən COVİD-19 yoluxmasının şərtləri altında cəmiyyətin mühüm sahələrinin fəaliyyətini tam bərpa edilməsinin yolları da mütləq tapılmalıdır:

“Əksər ölkələr bu istiqamətdə ciddi nəticələr əldə ediblər və bu səbəbdən ənənəvi təhsilin davam etdirilməsinə başlanıb. Azərbaycanın bu prosesdən kənarda qalması təəssüf doğurur.

Əslində Təhsil Nazirliyinin və Operativ Qərargahın təhsillə bağlı son qərarı subyektiv ümumiləşmə əsasında verilib. Bu il ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedir. Bu qrupun 257 min nəfəri epidemioloji vəziyyət gərgin olduğu Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Yəni ibtidai sinif şagirdlərinin yarıdan çoxu ümumiyyətlə karantin elan olunmayan bölgədə yaşayır. Hətta bəzi kənd məktəbləri var ki, şagird sayı 100-ü keçmir. Yəni, ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil. Belə bir statistika qarşısında bütün ölkə boyunca təhsilin məhdudlaşdırılması yalnız bacarıqsızlığın göstəricisidir”.

Millət vəkili həmçinin onlayn təhsilin keyfiyyətinə də toxunaraq alternativ olaraq distant təhsilin təklif edilməsini qeyri-peşəkarlıq adlandırıb: “Düzdür, distant təhsil çox məşhurlaşıb, faydalıdır, müasir təhsil sisteminə keçiddə böyük rol oynayır. Amma bu, ənənəvi təhsilin yerini vermir. Şagirdlərin məktəb və müəllimlərlə ünsiyyətdə olmamasının onların formalaşmasında mənfi iz buraxacağı şübhəsizdir. Digər bir tərəfdən şagird sayının az olduğu, karantin elan olunmayan bölgələrdə internet və televiziya imkanlarının məhdudluğu etiraf olunmalıdır. Bütün bunlar təhsil və məktəblərin açılması ilə bağlı qərara yenidən baxılmasını zəruri edir. Sonu görünməyən pandemiyanın qarşısında acizlik göstərib yeni şəraitdə əvvəlki həyat tərzinin qurulması üçün addımlar atılmasa bunun nəticələri ağır olacaq. Bir sıra dövlətlərdə universitet və orta məktəblər yenilənir, onların hamısı müəyyən hədlərlə fəaliyyət göstərir. Şagird və tələbələr bir-birindən şəffaf şüşələrlə ayrılırlar ki, təmasda olmasınlar. İndiki şəraitdə qısa müddətdə bu mühiti yaradaraq dərslərin bərpasına nail olmaq olar. Bütün bunları nəzxərə alaraq Təhsil Nazirliyi və Operativ Qərargah ənənəvi əyani təhsil sistemini bərpa etmək üçün gərəkən tədbirləri görməlidir”

Əvvəlki yazı

Azərbaycan-İran sərhədində atışma: ölən var – Foto

Sonrakı yazı

Ankara-Tehran-Doha ittifaqı? – Regionda yeni xəritə…

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.