Büdcəni talayıb xanım direktora mağaza tikdirən icra başçısı-VİDADİ İSAYEV

12 Dekabr 2018 - 11:02
599 oxunma

Bərdə görmədiyi günləri görür. Qədim Azərbaycan şəhəri orta əsrlərdə belə fəlakət və istibdad içərisində yaşamayıb; İqtisadi cəhətdən strateji bölgə olan Bərdə yerli hakimlərin yarıtmaz idarəçiliyi nəticəsində uçurumun astanasına sürüklənib…

 

Artıq dərənin ağzında olan şəhər camaatı fəryad edir. Əhali Bərdəni xilasa çağırır. Prezident İlham Əliyevə müraciətdə şəhərin bir qrup məmurun əlində girinc qaldığı xüsusi vurğulanıb. Onlara isə şəhər rəhbəri Vidadi İsayevin başçılıq etdiyi xəbər verilir. Reportyor.info-ya  bu il ərzində Bərdə rayonunun ayrı-ayrı idarə və müəssisələrinə büdcədən ayrılan vəsaitlərlə bağlı məlumatlar daxil olub və bu məlumatlar əsasında silsilə araşdıralar aparmağa qərar verdik. Araşdırmamıza İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet səhifəsində yerləşdirilən reyestr məlumatlarına qısa nəzər salmaqla başladıq. Dövlət büdcəsindən ayrılan milyonların”alınıb-satıldığı”nı özündə əks etdirən reyestr məlumatlarına adi baxış da insana çox şey deyir. Həmin məlumatlarda ağıla gələn hər şeyin satın alınması ilə bağlı keçirilən tenderin qalibi və satın alanlarla bağlı bir çox məlumatlar var. Amma əslində həm də heç nə yoxdur. İlk öncə 30 idarə və müəsisəyə bu il ərzində köçürülən vəsaitə nəzər yetirək:

 

 

Satınalan təşkilatın adı Malgöndərən təşkilatın adı(podratçı) Müqavilənin predmeti Məbləğ Tarix
1 Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci İnpeks.N MMC Digər maşın və avadanlıqlar 14337.00 2018-12-03
2 Bərdə Regional Mədəniyyət İdarəsi Piramida-F.R MMC Bərdə Regional Mədəniyyət İdarəsinə aid olan obyektlərdə cari təmir işləri 109499.60 2018-09-12
3 Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi Amil-Tərtər MMC Bərk inventarlar 13997.00 2018-09-04
4 Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi Amil-Tərtər MMC Yumşaq inventarlar 8710.00 2018-09-04
5 Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi Amil-Tərtər MMC Digər maşın və avadanlıqlar 14200.00 2018-09-04
6 Azərpoçt MMC Bərdə Poçt Filialı İnşaatçı-SS MMC Şatırlı kənd poçt şöbəsi binasının təmiri işləri 9975.36 2018-07-30
7 Bərdə Rayon Mərkəzi Xəstəxanası İnpeks.N MMC Əsaslı təmir işləri 48256.69 2018-07-20
8 Bərdə Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC Yumşaq inventarlar 30900.00 2018-06-07
9 Bərdə Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC İdarənin digər xərcləri üzrə 12970.00 2018-06-07
10 Bərdə Regional Mədəniyyət İdarəsi Kontakt-F MMC Bərk inventarlar 138000.00 2018-05-30
11 Bərdə Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC Sair xərclər üzrə 70950.00 2018-05-30
12 Bərdə Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC İstilik enerjisi 59000.00 2018-05-30
13 Bərdə Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC Digər maşın və avadanlıqlar 59655.00 2018-05-30
14 Bərdə Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC Avadanlıqlar 84960.00 2018-05-30
15 Bərdə Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC Dəftərxana və təsərrüfat malları 91930.00 2018-05-30
16 Bərdə Rayon Mərkəzi Xəstəxanası İnpeks.N MMC Digər maşın və avadanlıqlar 112000.00 2018-05-25
17 Bərdə Rayon Mərkəzi Xəstəxanası İnpeks.N MMC Avadanlıqlar 109900.00 2018-05-25
18 Bərdə Rayon Mərkəzi Xəstəxanası İnpeks.N MMC Bərk inventarlar 128800.00 2018-05-25
19 Bərdə Rayon Mərkəzi Xəstəxanası İnpeks.N MMC Yumşaq inventarlar 65649.95 2018-05-25
20 Bərdə Rayon Mərkəzi Xəstəxanası İnpeks.N MMC Dəftərxana və təsərrüfat malları 49950.00 2018-05-25
21 Bərdə Rayon İcra Hakimiyyəti Şahbulaq Ltd MMC Cari təmir işləri 9000.00 2018-04-16
22 Bərdə Rayon İcra Hakimiyyəti Şahbulaq Ltd MMC Dəftərxana və təsərrüfat malları 8290.00 2018-04-16
23 Bərdə Rayon İcra Hakimiyyəti Şahbulaq Ltd MMC İnventarlar 8500.00 2018-04-16
24 Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi İnpeks.N MMC Abadlıq işləri 487087.66 2018-05-10
25 Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi İnpeks.N MMC Yolların əsaslı təmiri işləri 441068.45 2018-05-10
26 Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi İnpeks.N MMC Mənzil fondunun əsaslı təmiri işləri 119967.83 2018-05-10
27 Bərdə Turizm İnformasiya Mərkəzi F/Ş: Quliyev Röya Mürşüd oğlu Sair xərclər üzrə 6380.00 2018-02-27
28 Bərdə Suvarma Sistemləri İdarəsi Təmir Tikinti STK MMC Maşın və mexanizmilər üçün ehtiyat hissələri 138880.00 2018-01-25
29 Bərdə Suvarma Sistemləri İdarəsi Təmir Tikinti STK MMC Əsaslı və cari təmir üçün tikinti materialları 161660.00 2018-01-25
30 Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya Alov Mühafizə MMC Yevlax filialı Mühafizə xidməti 26400.00 2018-01-07

 

30 tederdən 17 satınalmanın qalibi olan “İNPEKS.N” MMC heç şübhəsiz ilk diqqəti çəkən məqamdır. Reyestr məlumatlarına bir az diqqət yetirdikdə isə “İNPEKS.N” MMC-nin heç də sıradan bir şirkət olmadığı aydınlaşır. “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1601862631). Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34 olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur. Qısa bir araşdırma apararkən bəlli oldu ki, “İNPEKS.N” MMC qeydiyyatdan keçdiyi il iki satınalma həyata keçirib. Digər diqqət çəkən məqam ondan ibarətdir ki, şirkət ən müxətəlif işləri görməklə yanaşı, elə fəaliyyətləri də icra edib ki, bunun üçün xüsusi uyğunluq sertifikatı tələb olunur. Amma “İNPEKS.N” MMC-nin belə sertifikata malik olması ilə bağlı hər hansı məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saytında verilən uyğunluq sertifikatlarının Dövlət Reyestrində verilən şirkətlər arasında (https://docs.google.com/spreadsheets/d/1oDgAjq_tVoerv82Rq1W6VqoJEQ7CsSk55vkX-q_B7Hg/pubhtml) “İNPEKS.N” MMC-nin adı yoxdur.
Amma nə “İNPEKS.N” MMC, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu ilə bağlı heç bir açıq məlumat bazasında məlumat yoxdur. Şirkətin yerləşdiyi hüquqi ünvanın telefon nömrəsi isə məxfidir. Yəni mənzil sahibi müvafiq rabitə qovşağına ərizə verərək nömrəsinin yaşadığı ünvanda olan telefon nömrəsini məxfi etdirib. Şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun adı isə açıq mənbələrdə yalnız bir yerdə keçir: Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2014 -cü ildə hakim Əsədov Mehti Fəyyaz oğlunun sədrliyi ilə baxılan prosesdə.
2(103)-4561/2014 saylı işdə iddiaçı Novruzov Altay Məmməd oğlu cavabdehlər Ramazanov İntiqam Adil oğlu və İsgəndərov Sədrəddin Ziya oğlundan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. İşə baxan Bakı Apellyasiya Məhkəməsi Nizami rayon Məhkəməsinin iş üzrə qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarıb.
Biz də araşdırmanı davam etdirərək iki istiqamətdə fəaliyyətə başladıq. İlk öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və “İNPEKS.N” MMC-nin daha böyük məbləğdə satınalmalar həyata keçirdiyi Melorasiya və Su Təsərrüfatı ASC, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə informasiya sorğusu verərək həmin tenderlərdə iştirak edən məğlub şirkətlərin adının açıqlanmasını istədik. Eyni zamanda bu qədər dövlət büdcəsi vəsaiti köçürdükləri “İNPEKS.N” MMC-nin ofisinin mövcudluğu, ünvanı, telefon nömrələri və rəhbərliyi ilə bağlı onlarda hansı məlumatların olmasını bizimlə bölüşmələrini xahiş etdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə əlavə olaraq nazirliyin elektron informasiya sistemində olan məlumata əsasən hazırda “İNPEKS.N” MMC-də neçə nəfər işçinin çalışması ilə bağlı məlumat verilməsini xahiş etdik. Bütün informasiya sorğularını həm müvafiq qurumların e-mail ünvanlarına göndərməklə yanaşı, həm də poçt vasitəsi ilə (xəbərnaməli) həmin dövlət qurumlarına göndərdik. Özümüz isə yollandıq 26 milyon 619 min 665 manat 3 qəpik dövlət vəsaiti hesabına satınalma həyata keçirən “İNPEKS.N” MMC-nin hüquqi ünvanına. Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13-ü tapmaq elə də çətin olmadı. Sağ olsun müasir texnologiya. Amma “İNPEKS.N” MMC-nin yerləşdiyi mənzil 34-ü bir qədər axtarmalı olduq. Binanın həyətində görüşdüyümüz mənzil 34-ün yerləşdiyi blokda yaşayan sakinlər nə “İNPEKS.N” MMC-ni, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunu tanıdıqlarını bildirdilər. Bundan sonra yollandıq binanın 5-ci mərtəbəsində yerləşən mənzilə. Qapını üzümüzə açmasa da, adını açıqlamasa da, qapı arxasından suallarımıza cavab verən xanım bildirdi ki, 10 ildən artıqdır bu mənzildə yaşayırlar. Amma bu mənzildə heç vaxt “İNPEKS.N” MMC adlı şirkət olmayıb: “Əvvəllər həmin şirkətin adına gələn məktublar bizi bezdirirdi. Biz də gələn məktubları almaqdan imtina edib elə poçtalyonla geri qaytardıq. Son zamanlar gələn məktublar azalıb. Həyat yoldaşım da, gedib yoxlatdırıb, bu mənzildə elə bir şirkət olmayıb. Nə də biz Ramazanov İntiqam Adil oğlu adlı adam tanımırıq”.
Xanımın həyat yoldaşı ilə danışmaq istəsək də, onun telefon nömrəsini verməkdən imtina etdi.
Sonradan apardığımız araşdırma nəticəsində məlum oldu ki, o mənzildə Dilarə Bədəlova adlı xanım qeydiyyatdadır. Həmin xanım bizim kimi elə Mənzil İstismar Sahəsinin işçilərinə də qapı axasından cavab verir. Özü isə neçə illərdir mənzil üçün ərazi Mənzil İstismar Sahəsinə pul ödəmir.
Məsələ ilə bağlı “İNPEKS.N” MMC-nin satınalma həyata keçirdiyi bəzi qurumlarla da əlaqə saxladıq. Şirkət yuxarıda da göstərildiyi kimi, 2018-ci ildə Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasının elan etdiyi 5 tenderin qalibi olub. Maraqlıdır ki, ötən il də eyni idarənin eyni sayda tederinin qalibi elə eyni şirkət olub. Bərdə rayon Mərkəzi Xəstəxanasından tender elanında mobil telefonu verilən, amma adını bizə də açıqlamayan şəxs şirkətin haqqında heç bir məlumatı olmadığını desə də, bütün tələb olunan malların alınıb verildiyini qeyd etdi: “Şirkətə indiyədəklazım olan məbləğdə pul köçürülüb və ona uyğun tələb olunan mallar xəstəxanaya verilib. Alınan malların bir hissəsi paylanılıb, paylanılmayan isə anbardadır”.
Mədəniyyət və Turizm Nazirliyi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin mühasibi də bu qurumun elan etdiyi  tenderin qalibi olan “İNPEKS.N” MMC-ni tanımır. Baxmayaraq ki, şirkət bu il satınalma üzrə qalibdir və bu məqsədlə xeyli məbləğdə dövlət vəsaiti xərclənib: “Biz “İNPEKS.N” MMC adlı təşkilatla işləməmişik. Əgər elə maraqlıdırsa, şirkətlə əlaqə saxlayın. Ola bilməz ki, bu qədər iş görən şirkətlə bağlı hər hansı məlumat olmasın. Biz hələ işləyirik və hansısa mal almamışıq”.

Bundan başqa “Amil-Tərtər” MMC ilə bağlanan 3 müqavilənin ümumi dəyəri 36 min 907 manat olub.
“Şahbulaq LTD” bağlanan 3 müqavilənin ümumi məbləği 25 min 790 manat təşkil edib. Rayon icra hakimiyyətinə yaxın mənbələrdən Azadlıq.infoya verilən məlumatlara görə şirkətlərlə bağlanan tender müqavilələrinin qeyri-rəsmi ödəniş tərəfləri də olur: “İNPEKS.N” MMC kimi şirkətlərə ayrılan puldan faiz tutulursa, digər xırda müqavilələr rayon rəhbərliyinə bu və ya digər şəkildə bağlı şirkətlərlə imzalanır ki burdan da daha çox gəlir götürülür”. Yeri gəlmişkən, “Amil-Tərtər” MMC və “Şahbulaq LTD” nin Bərdə məmurlarına birbaşa bağlılığı haqda da məlumatlar var.

Bərdə xanı İsayev bir çox qalmaqalları ilə də zaman zaman gündəmdə olub. Məsələn, icra başçısının kəhkəşanlı imarətlərindən ikisi Mixaylovka və Ağcakənddəki villalarıdır. Belə xəbərlər dolaşır ki, tez-tez malikanələrinə baş çəkir. Həmçinin Bərdəlilər sosial şəbəkələrdə V.İsayevin qurduğu məclislərdən söz açırlar. Onun həftə sonları daha çox villalarına getdiyi iddiaları var. Üstəlik, adı bir xanım məktəb direktoru ilə qarışıb. İddialar səslənir ki, Bərdə İH başçısı rayondakı xanım məktəb direktorlarından birinin şəxsi həyatına müdaxilələr edib. İcra başçısının ucbatından fəaliyyət göstərə bilməyən xanım direktor bir müddət əvvəl Heydər Əliyev Fonduna məktub yazaraq narazılıq edib. Məktubda işləyə bilmədiyini, V.İsayevin onun ailəsi ilə yaşamağa imkan vermədiyini yazdığı iddiaları yer aldığı deyilir. Hətta həmin vaxt Gəncənin icra başçısı Elmar Vəliyevin vasitəsi ilə təzyiq edərək xanım direktoru işdən çıxardır. Son məlumatlarda vurğulanır ki, indi V.İsayev həmin xanıma Bərdədə ikimərtəbəli mağaza tikib. Səbəbi müəmmalıdır və gizli saxlanılır. Lakin yerli ictimaiyyətə agahdır. Ona görə də rayonda hərəkətləri ilə ad çıxarmış və şayiələrin dolaşmasına səbəb olmu. V.İsayevin vətəndaşlara laqeydliyi, şəhid ailələrinə, məcburi köçkünlərə biganəliyi qəzəb doğurur. Bütün bunlar isə Vidadi İsayevin ölkə prezidentinin yüksək etimadına layiq olmayan kadr olduğunu bir daha təsdiqləyir.
Onu da bildirək ki,  Gəncənin keçmiş meri Elmar Vəliyevin adamı kimi xarakterizə olunan Bərdənin icra hakimi Vidadi İsayevin dayaqlarının sarsılması onun gedişini sürətləndirib. Bu regionun kadr xəritəsinin köklü dəyişikliyi gözlənilir ki, Gəncədən sonra strateji əhəmiyyətli zona Bərdədir. Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu, qaynı Nazim İsayevin qaynatasıdır. Məlumatlarda iddia olunur ki, bu icra başçıları arasında ilk vəzifəsini itirən də məhz Vidadi İsayev olacaq. Bu məlumatın əsassız olmadığını Vidadi İsayevin əmisi oğlu və kürəkəni Nazim İsayevin son günlərə kimi gömrükdə tutduğu yüksək vəzifədən azad olunmasıdır. Nazim İsayev son günlərə kimi Dövlət Gömrük Komitəsinin regional strukturlarından olan Yevlax Gömrük İdarəsinin rəis müavini vəzifəsini tutub. Gömrük xidməti polkovniki olan Nazim İsayevin vəzifədən azad olunmasına formal səbəb Tovuz, Gəncə, Balakən və Yevlax Gömrük İdarələrinin birləşdirilməsindən sonra son günlərə kimi tutduğu vəzifənin ixtisara düşməsi olub. Əgər Dövlət Gömrük Komitəsinin rəhbərliyi istəsəydi bu birləşmədən sonra da Nazim İsayevə vəzifə verə bilərdi.Görünür ki, V.İsayev üçün vəziyyət yaxşı deyil. Onun Xaçmazın reyestr xidməti rəisi olan qardaşı Füzuli İsayev də vəzifəsini itirə bilər. Bir sözlə, Vəliyevlər kimi, İsayevlər erası da bitməkdədir.

Bütün bu iddialarla bağlı RİH rəhbərinin mövqeyini işıqlandıra bilərik.

REPORTYOR.info

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"