Bu yay çimərlik geyimi ilə səs-küy yaradanlar – Fotolar

5 Sentyabr 2019 - 14:21
527 oxunma
Havaların sərinləməsi ilə çimərlik mövsümü də başa çatıb.Reportyor.info   xəbər verir ki, yayda dincələ bilməyənlər isə xarici ölkələrə üz tutublar. Bu yay bir çox məşhur çimərlik geyimində fotoları ilə gündəmə gəlib.

Yayın səs-küylü paylaşımını edənlərin siyahısını təqdim edirik:

Əməkdar artist Röya Ayxan yay fəsli girən kimi fotoları ilə izləyicilərini sevindirib. Dubayda dincələn sənətçi çimərlik geyimində obyektiv qarşısına keçib.

Müğənni Nigar Camal hər zaman olduğu kimi yenə də çimərlik geyimində fotolarını sosial şəbəkədə yayımlamaqdan çəkinməyib. Sənətçi qırmızı mayosunu geyinib, obyektiv qarşısına keçib.

Müğənni Səmra Rəhimli isə çimərlik geyimindəki fotosu ilə izləyicilərini təəccübləndirə bilməyib. Çünki sənətçinin səhnə geyimləri də çimərlik geyimi qədər açıq-saçıq olur.

“Miss millenium” gözəli Validə Abbasova da 40-dan çox yaşı olsa da, ideal bədən quruluşu ilə diqqət çəkib. Keçmiş model bu il də İnstaqram səhifəsində bol-bol istirahət fotolarını bölüşüb.

Türkiyəyə köçən aktrisa Könül Nağıyeva da bu yay çimərlik fotolarını sosial şəbəkədə paylaşanlar sırasına daxil olub.

Aktrisa Pərvin Abıyevanın isə çimərlik fotoları artıq izləyicilərini təəccübləndirmir. Çünki aktrisa hər il çimərlik şəkillərini sosial şəbəkədə yayımlayır.

Müğənni Dilarə Kazımova isə il boyu ən çox çimərlik geyimində obyektiv qarşısına keçən tanınmış olsa da, bu dəfə ənənəsinə sadiq qalmayıb.

Müğənni Rəqsanə İsmayılova hər yay olduğu kimi, bu dəfə də mayosu ilə şəkillərini sosial şəbəkədə yerləşdirib.

(axşam.az)

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"