01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu səhər iqtidarla müxalifət niyə toplaşır? -Təcili/Pərdəarxası…

11 Sentyabr 2019, 07:38
Manşet, Banner
A A
Bu səhər iqtidarla müxalifət niyə toplaşır? -Təcili/Pərdəarxası…

 

Rusiyanın başkəndi Moskvada mənzillənib Azərbaycanın hakim elitasına hədyanlar, təhqirlər yağdıran Elvin İsayevin məhkəmə qərarı ilə sərbəst buraxılması, Bakıya deportasiya olunmaması xəbər lentlərində dolaşarkən, başqa bir elan xarakterli informasiya bərq vururdu: YAP siyasi partiyaları görüşə çağırır…

Reportyor.info xəbər verir ki, bu gün saat 11:00-da “Park INN” otelində toplaşacaq Azərbaycan hakimiyyəti və müxalifətinin ana müzakirəsi xarici təhdidlər, müdaxilələr, onlara qarşı mübarizədir.

Hakim partiyanın siyasi rəqiblərini dəyirmi masa ətrafında toplaması, həyəcan təbili çalması bu günün işi deyil.

Nə E.İsayevin azad buraxılması, nə Avropadakı müxaliflərin hazırkı fəallığı iqtidar-müxalifət dialoquna xüsusi zərurət yaradıb.

Hakimiyyəti müxalifətlə danışıqlara, birgə platformadan çıxışa vadar edən prosesin dərinləşməsi, nəzarətdən çıxması, eyni zamanda düşmənini və dostunu müəyyən eləməkdir.

Əldə etdiyimiz məlumatlara görə, 50-dən çox ictimai-siyasi fəalın, partiya sədrlərinin, siyasətçilərin, politoloqların, media nümayəndələrinin iştirak edəcəyi dəyirmi masanın başında Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov olacaq.

İqtidar bütün siyasi qüvvələrə, ən qatı siyasi düşmənlərinə də dəvət göndərib və parlament seçkisi ərəfəsində ona “bir köynək yaxın” rəqiblərini aydınlaşdırmağa hazırlaşır.

Lakin gələn xəbərlərə görə, AXCP, Müsavat, KXCP kimi siyasi partiyalar dialoqdan imtina ediblər.

REAL Partiyası, AĞ Partiya, ADP və digər siyasi qurumların görüşdə iştirak edəcəyi dəqiqləşməyib. Eyni zamanda parlamentdəki konstruktiv müxalif təşkilatların sədrləri də iştirak edəcəklər.

Tədbirin sonunda birgə bəyanat imzalanacağı, xaricdə yerləşən, hökumətin “söyüş makinası” adlandırdığı qüvvələrə milli təhlükəsizliyə ziddi fəaliyyətə son qoymağa çağırış olacağıxəbər verilir.

YAP-ın siyasi təşkilatları bir araya yığacağı bir ay qabaqdan məlum imiş. Avropada sığınacaq almış, təşkilatlanmış və son illərdə iqtidara qarşı ən güclü cəbhə açmış, hibrid savaşı elan etmiş, Qərb ölkələrinin ayrı-ayrı şəhərlərində propoqanda aparmış, müxtəlif aksiyalar keçirmiş, qırmız xətləri aşmış bəzi qrupların fəaliyyəti Azərbaycan hakimiyyətini narahat etməyə bilməzdi. Bu gedişat daxili, ənənəvi, klassik müxalifətin də zəifləməsinə gətirib çıxarmışdı, milli təhlükəsizliklə bağlı həyəcan doğurmağa başlamışdı.

Hətta idarəolunmaz, fors-major vəziyyət yaranması, qisasçılıq təbliğatını şüar eləmiş qrupların çağırışlarının daxildə reallaşması təhlükəsi istisna edilmirdi.

Bu mənada iqtidarla müxalifətin dialoquna, vahid mövqedən çıxışına ciddi şəkildə zərurət yaranmışdı. Hakimiyyət etiraf edir ki, onları susdura, dayandıra bilmir, sosial şəbəkələrdə “zərərsizləşdirmək” imkanları məhduddur və müxalifətlə müzakirələrə ehtiyacı var. Bu səhər veriləcək açıqlamalar müxalif partiyaların da sonrakı işinə təsir edə bilər.

Əslində, neçə gündür ki deputat Qüdrət Həsənquliyevin emosional çıxışları, iqtidara səslənişi, islahatların gecikdiyini söyləməsi, təxribatların ola biləcəyini bəyan eləməsi, “payız inqilabı” ehtimalları, ardınca YAP-çı deputat Siyavuş Novruzovun bəzi sabiq nazirlərin Avropadakı müxalifətçilərə sponsorluq etdiklərini açıqlaması, Fəzail Ağamalının sözləri bugünkü dəyirmi masanın olacağına bir başlanğıc idi.

Hakimiyyət içində ciddi narahatlıq var, iqtidar yetkililəri və deputatlar açıq danışırlar, təhlükənin yaxınlıqda olduğuna işarə verirlər. Görünür ki, təhlilçilər də lazımi tövsiyyələr verməkdədirlər.

Reallıq budur ki, sosial şəbəkələrdə olan minlərlə insan həmin xaricdəki fəalların klassik müxalifətdən fərqlənən leksikonda danışıqlarına maraqla baxırlar.

Habelə, onlara maliyyə ayıran sabiq nazirlər barəsində cinayət işi başlanması təklifi səsləndirən deputatlar var.

Bir sözlə, gərginlik hiss olunur və bu gün iqtidarla müxalifət səhər saatlarında Bakının mərkəzində toplanaraq ictimaiyyətə yetərincə ciddi ismarışlar verəcəklər.

Gündəmin ən son xəbərləri, şərhləri və reaksiyaları ilə qarşınıza gələn bizi izləməyi qaçırmayın…

REPORTYOR.info

Gülay

 

 

Əvvəlki yazı

Safura Əlizadə üzərində sərvət daşıyır: 5000-lik qolbaq… (FOTOLAR)

Sonrakı yazı

AzTV-nin 3 əməkdaşı qəzaya düşdü

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.