07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“BU, RƏSULZADƏNİN XATİRƏSİNƏ HÖRMƏTSİZLİKDİR” – ETİRAZ

28 Yanvar 2019, 22:47
Gündəm
A A
“BU, RƏSULZADƏNİN XATİRƏSİNƏ HÖRMƏTSİZLİKDİR” – ETİRAZ

Yanvarın 15-nə keçən gecə Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evinin qarşısındakı barelyefi oğurlanıb.

Baş vermiş hadisəni ilk olaraq Modern.az saytı ictimailəşdirmişdi və Abşeron rayonu Polis İdarəsi araşdırmalara başlamışdı. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfər həbs olunub.

Novxanı bələdiyyəsi bir neçə gün əvvəl həmin evin qarşısından oğurlanan barelyefin yerinə yeni barelyef asmışdı. Lakin asılan lövhədə yanlışlığa yol verilmişdi. Belə ki, barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılmışdı. Həmçinin Müsavat Partiyası “Milli Müsavat Partiyası”, “Məhəmməd Əmin Rəsulzadə” isə “Məmmədəmin Rəsulzadə” kimi qeyd olunmuşdu.

Sonradan Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhv yazılmış hissələr çıxarılıb. Lövhədə sadəcə “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” cümləsi qeyd olunub.

Amma üçüncü barelyef də müzakirələrə səbəb oldu. Sosial şəbəkə istifadəçiləri M. Ə. Rəsulzadənin bir cümlə ilə təqdim olunması, gördüyü böyük işlərin heç birinin qeyd edilməməsi ilə razılaşmadı.

Tarxiçi-alim Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırmaçısı Nəsiman Yaqublu da barelyefin üzərində daha məzmunlu sözlərin yazılmaması ilə razılaşmır. N. Yaqublu Modern.az-a açıqlamasında bildirib ki, ən azından M. Ə. Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olduğunu qeyd etmək, Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu, müsəlman Şərqində ilk demokratik dövlətin yaradıcısı və qurucusu olduğunu lövhənin üzərində yazmaq olardı:

“Çünki Rəsulzadə sıradan insan deyil. Onun kimliyi bilinməli, təbliğ edilməli idi. Bu cür laqeyd münasibət Rəsulzadənin xatirəsinə hörmətsizlikdir.

Mən lövhəni hələ ki, görməmişəm. Müqayisə üçün deyirəm. Türkiyədə Mustafa Kamal Atatürkü təqdim edəndə sadəcə Atatürk demirlər. Türkiyə Cümhuriyyətinin qurucusu kimi təqdim olunur. Bütün xalqlarda şəxsiyyətin adının qarşısında, xüsusilə xatirə lövhəsində onların gördüyü iş, mövqeyi qısa izah edilir”.

N. Yaqublu vurğulayıb ki, Novxanıdakı ev Rəsulzadənin ata-baba yurdudur: “Onların həm Novxanıda evləri olub, həm də Bakıda. Onların evləri indiki “Nizami” metrostansiyasının yanında yerləşir. Ona görə, qeyd edilə bilərdi ki, Rəsulzadə həmin evdə yaşayıb. Çünki uşaqlıq illəri orada keçib. Özünün də müəyyən yazılarında bunlara işarə edilib. Evinin önündən asılan barelyefdə “doğulmuşdur” ifadəsi əvəzinə “bu evdə yaşamışdır” ifadəsi qeyd edilməlidir”.

Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.

Əvvəlki yazı

“Hamı bilir ki, Məhəmməd Əmin Rəsulzadə kimdir…” – Bələdiyyə sədri

Sonrakı yazı

RÜFƏT ASLANLININ BANKINDA GERİLƏMƏ BAŞLAYIB – “Bank Avrasiya”nın mənfəəti azalıb, xərcləri isə artıb

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.