Qana Prezidenti Nana Akufo-Addo iki həftəlik karantinə salınıb.e
Reportyor.info xəbər verir ki, bu barədə ölkənin İnformasiya naziri Koco Opponq Nkruma məlumat yayıb.
“Prezident test verdi və nəticəsi neqativ çıxdı. Amma onun yaxınında koronavirus aşkarlandığı üçün prezident iki həftəlik karantinə alınıb”, – nazir bildirib.