• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Çərşənbə axşamı, 19 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

“Bu narkoman gədə niyə 27 ildir susurdu?” -Qarşıdurma

2020-07-07
in Manşet
0
“Bu narkoman gədə niyə 27 ildir susurdu?” -Qarşıdurma
0
Paylaşılıb
352
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynov “dirilməyə” başlayıb. Onun Meydan.TV-yə verdiyi son müsahibə ciddi qalmaqal yaradıb. Xalq arasında daha çox “vətən xaini” kimi tanınan, 1993-cü ilin 4 iyununda Gəncədə qiyam qaldıran eks nazir AXC iqtidarında yüksək vəzifələr tutan şəxslər barəsində sensasion ittihamlar irəli sürüb.

O, sabiq müdafiə naziri Rəhim Qazıyevin müəllim işləyərkən 50 manat təqaüd alan tələbələrinə rüşvət qarşılığında qiymət yazdığını və bu səbəbdən “Zaçot Rəhim” kimi tanındığını deyib. Bundan əlavə, o, 4 iyun qiyamı ərəfəsində artıq nazir olmayan Qazıyevlə birlikdə olan və sonralar yayılan fotosundan da danışıb. Keçmiş müdafiə nazirinin məşhurlaşmaq üçün onun yanında göründüyünü söyləyib. Qazıyevin Müdafiə Nazirliyini qurduğu yönündə dediklərinə S.Hüseynov belə cavab verib: “Başına dəysin onun qurduğu. Onun dilindən düz söz heç zaman çıxmayıb”.

Bənzər Yazılar

Prezident indoneziyalı həmkarına başsağlığı verdi

Vilayət Eyvazovdan yeni təyinat

Son sutkada yoluxanların sayı açıqlandı

Qiyamçı polkovnik AXC iqtidarına qarşı qiyam qaldırmadığını, əksinə, mərhum prezident Əbülfəz Elçibəy başda olmaqla, onun ətrafının ona qarşı qiyam qaldırdığını deyib.

S.Hüseynov Xalq Cəbhəsi iqtidarında Daxili Qoşunların komandanı olan Fəhmin Hacıyev barəsində də ittihamlar səsləndirib. O deyib ki, Fəhmin Hacıyev Gəncəni bombalamağı təklif edib. Hətta Gəncəyə qoşun yeridildiyini də deyir.

Onun AXC iqtidarında baş nazir postunu tutan Pənah Hüseyn haqqında söylədikləri çox ciddi ittihamlardır. Qiyamçı polkovnik 4 iyun qiyamında Prezident Qvardiyasının əsgərlərini P.Hüseynin güllələtdiyini deyib və eyni zamanda “atamı Pənah Hüseyn öldürtdürüb” kimi iddiada da bulunub.

Bundan əlavə, 1992-ci ilin iyulunda o zaman dövlət katibi işləyən P.Hüseynin sabiq xarici işlər naziri Tofiq Qasımovla Gəncədə onunla görüşdüklərini və o zaman sabiq baş nazirin ermənilərlə birtərəfli saziş imzaladıqlarını ona çatdırdığını qeyd edir. Guya o da buna etiraz edib.

S.Hüseynovun daha bir sensasion ittihamı var. O, baş nazir işləyərkən arxivlərə baxdığını və kimlərin rus agenti olduğunu bildiyini deyir. Bu yerdə Elçibəyin adını çəkir, P.Hüseynin “verbovka” olunduğunu bildirir.

Onun bu iddiaları ilə bağlı AXC iqtidarında təmsil olunanların, o cümlədən müsahibədə adı keçənlərin fikirlərini aldıq.

P.Hüseyn iyulun 7-də qəzetimizə bu barədə geniş bir müsahibə verəcəyini, hər şeyi orada deyəcəyini bildirdi.

R.Qazıyev isə ittihamlara olduqca sərt reaksiya verdi: “O gədənin tələbədən rüşvət almağımla bağlı dediklərini əsas götürüb mənə zəng etdiyinizə görə təəssüflənirəm. Rəhim Qazıyevin bu günə qədər bir nəfərdən rüşvət aldığını nə bilən var, nə də deyən. Bir düşünən yoxdurmu ki, bu şərəfsiz 27 ildir niyə susurdu? Onu danışdırırlar. Millətimin belə ağır koronavirusla mübarizə apardığı dönəmdə bu insan 78 yaşlı birisini niyə gündəm edir? Bu millət düşünməlidir ki, birdən-birə gündəm niyə dəyişdirilir? Hamı Rəhimin üzərinə gəlir. Niyə? Mən bu gün hansı gücün sahibiyəm? Qayınanasının əfv ərizəsi ilə azadlığa çıxan Surət kimi bir gədəni gündəm etməyin. Tələbələrimdən kimsə bu günə kimi çıxıb deməyib ki, Rəhim müəllim bizdən rüşvət alıb. 11 ay nazir işləmişəm. Orduda çoxsaylı vəzifələrə, özü də yüksək vəzifələrə adamlar təyin etmişəm. Leytenant, polkovnik də daxil olmaqla, rütbələr vermişəm. 3800 ev elə təkcə Bakının özündə paylamışam. Bunlardan kimsə çıxıb deyibmi ki, Rəhim rüşvət qarşılığında bunları edib. 32 ildir hərəkatdayam. Bu narkoman gədə niyə 27 ildir susurdu? Bax belə suallar verilməlidir. Küçə gədəsinin azadlığa çıxarkən dedikləri kadrlarda hələ də qalır. Bilməyənlər internetdən baxsınlar. Qayınanasının əfvində yazılır ki, sizin mərdliyinizə, mərhəmətinizə, ləyaqətinizə sığınırıq, onu azad etsəniz, bir daha sizlərə xəyanət, namərdlik etməz. 27 ildir dalımca danışır. 11 ay nazir olduğum dönəmdə qeyrətli balaların zəhməti ilə nazirlik yaradılıb. 52 faiz torpaq azad olunub. Əgər bu adam zavod direktoru olanda hər işi görürdüsə, hamını əzib keçirdisə, hətta vertolyota hücum edirdisə, bəs baş nazir olanda güc strukturları ona həvalə olunmuşdu, niyə bir qələt eləmirdi? 6 rayon işğal olundu. Bu gədə susdu. Baş nazir oldu, sonradan arxadan bir təpik vurdular, dama basdılar. Buna deyiblər ki, danışmalısan, danışır. Zavod direktoru olanda hər şeyi dağıda-dağıda gedirdi. Heç kimi saymırdı. Bəs başqasının qarşısında niyə peşka olurdu? Rəhimə nifrətiniz olsa da, bu milləti sevirsinizsə, bu suallar ortaya qoyulmalıdır”.

F.Hacıyev isə Surət Hüseynov barədə bu gün də eyni mövqedə olduğunu bildirdi: “Həmin müsahibədə Surətin ağlı və kimliyi özü tərəfindən nümayiş etdirilib. Ağıllı adamlar üçün bütün böhtanlarına davranışları ilə özü cavab verib. Buna da dəfələrlə cavab vermişəm. 7 iyun tarixində Prezidentin yanındakı müşavirədə mənə söz verilib, çıxış etmişəm. Gəncədə olan hadisələri ilk dəfə olaraq mən qiyam adlandırmışam. Qiyamın güc tətbiq etməklə yatırılmasını təklif etmişəm. Bu işin mənə etibar edilməsini istəmişəm. Demişəm ki, əməliyyat zamanı lazım gələrsə Gəncədə həmin hərbi hissənin ətrafındakı mülkü əhalini köçürməklə aviasiyadan istifadə edilə bilər. Bunlar lazımlı hissəni kəsib Gəncəni bombalamaq kimi təqdim edirlər. İclasda onu da demişəm ki, biz qiyamı yatırmasaq, dövlət çevrilişi baş verəcək. Nəticədə bir neçə rayon işğal olunacaq, Azərbaycanın müstəqilliyi təhlükə altına düşəcək. Onu da demişəm ki, biz indi az itkilərlə qiyamı yatırmasaq, sonralar daha çox itkilər verəcəyik. Çox təəssüflər olsun ki, mənim proqnozlarım özünü doğrultdu. Mənim dövlətçilik əqidəmə görə dövlətə qarşı silah qaldıran məhv edilməlidir. Dəfni də xainlər qəbiristanlığında olmalıdır. O qədər mənəviyyatsızlaşdırılmışıq ki, surətlər, rəhimlər, nemətlər, arazlar meydanda at oynadırlar”.

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov ittihamlara geniş cavab verdi: “Yaramaz adamlar yaramaz fikirlər səsləndirərlər. Surət Hüseynov vətənə xəyanətdə ittiham olub, həbsxana həyatı yaşamış bir şəxsdir. Təəssüflər olsun ki, indiki hakimiyyət onu 4 iyunda törətdiyi cinayətə görə deyil, 1994-cü ilin oktyabrında Gəncədə hakimiyyəti yenidən ələ keçirmək üçün qaldırdığı qiyama görə həbs etdi. Belə şəxslər əfv edilməli deyillər. O, 27 ildən sonra bu məsələlərə qanmamazlıq, yaxud bilərəkdən yanaşırsa, bu da ayrı bir problemdir. Onun bu ilin əvvəllərindən ortaya atılması çox incə mətləblərdən xəbər verir. Danışıqları, Əbülfəz Elçibəyə edilən hücumlar başqa bir mövzudur. Surət Hüseynov bağlı olduğu mərkəzlərdən idarə olunur. Aldığı təlimatlar əsasında bu cür fikirlər səsləndirir. Bu səviyyəsiz adamın dediklərində bir-birini təkzib edən fikirlər var. Adam Qarabağda ərazilərin azad edilməsini adına çıxır.

Faktiki olaraq, Azərbaycan dövlətini bu proseslərdə görmür. Əgər Rusiya və Ermənistana qarşı təkbaşına dayanıb müharibəni udacaq gücdə idinsə, o zaman 15 ay baş nazir oldun, bütün güc strukturlarının Milli Məclisdəki iclasda sənə veriləcəyi bildirilmişdi, niyə dediklərini etmədin? İşğal olunan beş rayonun məsuliyyəti Surətin boynundadır. Onun cinayətlərindən biri də odur ki, o vaxt Xalq Cəbhəsi batalyonları adı ilə 33 batalyonun ləğv olunmasında birbaşa iştirak edib. Ağdamda onun dəstələrinin hansı oyunlardan çıxdığı, əhali arasında yaratdıqları çaxnaşma barədə materiallar və məlumatlar var. O deyir ki, baş nazir olduğu dönəmdə 9 gün güc nazirliklərinə nəzarət edib.

Adama sual verərlər ki, əgər belə idisə, sənə agent dediyin şəxslərin materialları haradan verilib? Digər tərəfdən, Elçibəy və digərləri haqqında səndə məlumatlar var idisə, niyə 27 il gözlədin? Demək, sənə təlimat verən mərkəzlər indi danışmağını istəyirlər. Laçın dəhlizinin bağlanması ilə bağlı guya mərhum Əliyar Əliyevlə danışıqları haqqında dedikləri gopdur. Onun dəstələri qarət və digər əməllərlə məşğul olublar. O, hələ bir izahat versin ki, 1993-cü ilin yanvarında qoşunların Ağdərə istiqamətindən çıxarılması əmrini nə üçün verib. Məhz bu xəyanət nəticəsində xeyli ərazilər ermənilərin əlinə keçdi. Surət Hüseynov buna şərait yaratdı. O, guya 52 hərbi birlik yaratdığı və bunun nəticəsində Dağlıq Qarabağda ərazilər azad etdiklərini deyir. Əvvəla, onu demək lazımdır ki, o zaman pis-yaxşı hakimiyyət orqanları fəaliyyət göstərirdi. Yaqub Məmmədov Ali Sovetin sədri idi və prezident səlahiyyətlərini icra edirdi. Müdafiə Nazirliyi var idi. Onun dediyi kimi, o zaman yaratdığı hərbi birlik də əslində cinayət əməlidir. Qanunlara zidd olaraq yaradılmışdı. Əgər rəsmi fəaliyyət göstərən Müdafiə Nazirliyi varsa, nə üçün hərbi birlik, qanunsuz silahlı qruplaşma formalaşdırılmalı idi? Surət Hüseynov özü haqqında yüksək fikirdədir. Şerbakla əlaqələrindən niyə danışmır? Hələ narkotranzit məsələlərindən danışmırıq. Gələcəkdə bununla bağlı da izahatlar verilər. Onun Elçibəy haqqında dedikləri tərbiyəsizlikdir. Müsahibədəki danışığı tam bölücülük nümunəsi idi. Jurnalist Natiq Cavadlıya bir neçə dəfə irad bildirir və deyir ki, sən qarabağlısan, qarabağlıların ağsaqqalının sözünü kəsirsən. Onun özü heç qarabağlı deyil. Hansı meyar və ölçülərinə görə özünü qarabağlıların ağsaqqalı hesab edirsən? O bilməlidir ki, Gəncədə Prezident Qvardiyasının əsgərlərinin güllələnməsi və öldürülməsi cinayəti birbaşa onun boynundadır. Surət Hüseynov bu və ya digər cinayətlərinə görə nə zamansa bir daha mühakimə olunacaq. Hələ qanmır ki, qaldırdığı qiyamla xalqımıza, dövlətimizə hansı zərbələri vurdu. Bu gün ölkəmiz onun yaratdığı problemlərin həllində çox böyük sıxıntılar yaşayır”.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Baş həkimin oğlu maşınla 2 qadını vurub öldürdü - FOTO

Sonrakı yazı

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Sonrakı yazı
Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Bakıda bu ərazi zəbt olundu, polis işi nəzarətə götürdü

Bakıda bu ərazi zəbt olundu, polis işi nəzarətə götürdü

190 manatın verilməsinə başlanıldı

190 manatın verilməsinə başlanıldı

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Prezident indoneziyalı həmkarına başsağlığı verdi

Prezident indoneziyalı həmkarına başsağlığı verdi

2021-01-19
Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

2021-01-19
Millət vəkilindən sosial media istifadəçilərinə çağırış

Millət vəkilindən sosial media istifadəçilərinə çağırış

2021-01-19
Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub? (FOTO)

Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub? (FOTO)

2021-01-19
Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

2021-01-19
Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb – Faktiki hava

Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb – Faktiki hava

2021-01-18
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü (FOTO)

Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü (FOTO)

2021-01-18
Ötən il 26 mindən çox cinayət törədilib, bağlı qalan 310 cinayət açılıb

Ötən il 26 mindən çox cinayət törədilib, bağlı qalan 310 cinayət açılıb

2021-01-18
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirildi

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirildi

2021-01-18
Son sutkada yoluxanların sayı açıqlandı

Son sutkada yoluxanların sayı açıqlandı

2021-01-18
Yanvarın 22-də Emin Əmrullayev brifinq keçirəcək

Yanvarın 22-də Emin Əmrullayev brifinq keçirəcək

2021-01-18
Vətən müharibəsində şəhid olanların – Yeni siyahısı

Vətən müharibəsində şəhid olanların – Yeni siyahısı

2021-01-18
Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan münasibət

Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan münasibət

2021-01-18
Əhmədzadə Elçibəyin işdən çıxardığı icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı (FOTO)

Əhmədzadə Elçibəyin işdən çıxardığı icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı (FOTO)

2021-01-18
Lavrovdan əsirlərin dəyişdirilməsi ilə bağlı açıqlama

Lavrovdan əsirlərin dəyişdirilməsi ilə bağlı açıqlama

2021-01-18
Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı (RƏSMİ)

Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı (RƏSMİ)

2021-01-18
Siyavuş Aslanın oğlu xəstəxanaya yerləşdirildi

Siyavuş Aslanın oğlu xəstəxanaya yerləşdirildi

2021-01-18
Füzulinin Merdinli kəndindən görüntülər (VİDEO)

Füzulinin Merdinli kəndindən görüntülər (VİDEO)

2021-01-18
Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)

Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)

2021-01-18
Ermənistan parlamenti üçtərəfli bəyanatın qanuniliyini müzakirə etməyəcək

Ermənistan parlamenti üçtərəfli bəyanatın qanuniliyini müzakirə etməyəcək

2021-01-18

Seçmə

  • Bütün
  • SEÇMƏ
Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
Araşdırma

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

2021-01-19
Yanvarın 22-də Emin Əmrullayev brifinq keçirəcək
SEÇMƏ

Yanvarın 22-də Emin Əmrullayev brifinq keçirəcək

2021-01-18
Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır
SEÇMƏ

Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır

2021-01-18
Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
SEÇMƏ

Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı

2021-01-15
Vüqar Səfərlinin mənimsədiyi milyonlar…
SEÇMƏ

Vüqar Səfərlinin mənimsədiyi milyonlar…

2021-01-14
Karantin rejimi yumşaldılacaq? (VİDEO)
SEÇMƏ

Karantin rejimi yumşaldılacaq? (VİDEO)

2021-01-14
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Prezident indoneziyalı həmkarına başsağlığı verdi

Prezident indoneziyalı həmkarına başsağlığı verdi

2021-01-19
Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

2021-01-19
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.