Bu il Azərbaycanda qeydə alınan ölüm, nikah və boşanmaların statistikası açıqlanıb- Statistika Komitəsi

17 Noyabr 2018 - 21:40
55 oxunma

Azərbaycanda bu il qeydə alınan ölümlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, cari ilin doqquz ayı ərzində ölkədə 43640 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində Qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.2018-ci ilin yanvar-sentyabır aylarında Daxili İşlər Nazirliyi  və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2594 nəfər gələn, Azərbaycandan isə 1165 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1429 nəfər təşkil edib.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"