• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Şənbə, 23 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə SEÇMƏ

Bu həftə “SOCAR Polymer”in ilk zavodunun açılışı reallaşacaq – VİDEO

2018-07-17
in SEÇMƏ
0
Bu həftə “SOCAR Polymer”in ilk zavodunun açılışı reallaşacaq – VİDEO
0
Paylaşılıb
19
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Bənzər Yazılar

Vüqar Səfərli apellyasiya şikayəti verib

AMEA Qarabağda dronlarla monitorinq aparacaq

Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR

Bakı. 17 iyul. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR Polymer”in iki zavodundan birincisi, illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunun iyulun 18-də açılış mərasimi keçiriləcək.

“Report” xəbər verir ki, hazırda zavodun istismara verilməsi ilə bağlı son hazırlıq işləri görülür.

Polipropilenin istehsal sahələri

Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastiklərdən biridir. “Ekoloji cəhətdən təmiz” plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.

“SOCAR Polymer”in Polipropilen Zavodunda bazar araşdırmasına əsasən, əsas 19 markada və 3 növdə (Homopolimer, Zərbəyə davamlı so-polimer, Statistiki so-polimer) Polipropilen məhsulu istehsal olunacaq.

Homopolimer, əsasən, plyonka, rafiya liflər və inyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunan məhsulların istehsalında istifadə edilir. Belə ki, plyonka qida sənayesində, məişətdə (məsələn gül, kitab, köynək və s.) istifadə olunan əşyaların paketləşdirilməsində, poliester, poliamid və alüminium ilə laminasiya olunmuş və farmasevtik paketləmədə, rafiya liflər növlü homopolimer məhsulu, əsasən, xalçaçılıqda, məişətdə, sənaye yönümlü parçaların, süni ot örtüklərinin, kəndir və torların istehsalında, inyeksiya yolu ilə qəlibləmə metodunda istifadə olunan homopolimer məhsulu isə tibbi şprislər, qida konteynerləri, plastik mebel (stol-stul), avtomobil sənayesində istifadə olunan detallar və oyuncaqların istehsalında istifadə olunur.

Zərbəyə davamlı so-polimeri – İnyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunaraq səyahət baqajları, yüksək dözümlülüyə malik avtomobil sənayesində istifadə olunan detallar və qida, məişət qablarının istehsalında istifadə edilir.

Statistik (random) so-polimeri isə, əsasən, inyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunaraq qida sektorunda istifadə olunan istiliyə davamlı çoxqatlı təbəqənin istehsal olunması, tibbi şprislər, CD və DVD qabları, idman malları, oyuncaqlar, yüksək aydınlıq xassələri olan məişət və qida sektorunda istifadə olunan plyonkalar, ofis ləvazimatları və üfürmə yolu ilə qəlibləmə metodundan istifadə olunaraq müxtəlifyönlü plastik butulkaların istehsalında istifadə olunur.

Zavod “Açar təslimi” əsasında inşa olunub

Polipropilen Zavodunun EPC (Mühəndislik, satınalma və tikinti) podratçısı İtaliyanın “Maire Tecnimont” şirkətidir. Belə ki, “SOCAR Polymer” şirkəti ilə “Tecnimont” şirkəti arasında Polipropilen Zavodu layihəsi üzrə Sabit Qiymətli EPC ilə bağlı Anlaşma Memorandumu 2015-ci il aprelin 15-də Bakıda imzalanıb. Müqavilənin ümumi dəyəri, təxminən, 350 mln. avrodur. Polipropilen Zavodu İtaliya şirkəti tərəfindən “Açar təslimi” əsasında inşa edilib. Yəni şirkət tam gücdə sınaq-sazlama işlərini həyata keçirdikdən sonra zavodu təhvil verməlidir.

Polipropilen istehsalı qurğusunun lisenziarı “Lyondell Basel” şirkətidir. Polipropilen istehsalında istifadə olunan texnologiya bu şirkətə məxsus “Spheripol” texnologiyasıdır. Bu texnologiya istehsal üçün maye fazasında çalışan 2 ədəd dairəvi boru və 1 qaz fazası reaktorlarından ibarətdir.

Azərbaycanda ilk Polipropilen Zavodu

Polipropilen Zavodunun illik istehsal gücü qeyd etdiyimiz kimi, 184 min ton nəzərdə tutulub. Zavodun xammal təminatçısı “Azərikimya” İstehsal Birliyidir.

Bu il mayın 20-də Polipropilen Zavodunun istehsalat xəttinə nasoslar vasitəsilə “Azərikimya” İB-dən propilen xammalı verilməyə başlanılıb. Alınan xammal zavodun start rejiminə çatması üçün istifadə olunub. Zavod tam gücü ilə işlədikdə xammal kimi “Azərikimya” İB-dən saatda 23 ton propilen alınacaq. Xammal “Azərikimya” İB-nin 3 kilometrliyində yerləşən Buxarlı krekinq qurğusundan boru xətti vasitəsilə verilir. “Azərikimya” İB “SOCAR Polymer” şirkəti polipropilen istehsalına başladıqdan sonra digər müştərilərinə propilen verilməsini dayandıracaq və  Polipropilen Zavodunun tam istehsal gücünə çatması üçün  istehsal etdiyi bütün propilen həcmini “SOCAR Polymer”in bu zavoduna ötürəcək. Propilen saxlamaq üçün “Azərikimya” İB-nin ərazisində ümumi anbarlama həcmi 4 min ton təşkil edən təqribən 20 rezervuar mövcuddur. Plastik məhsulların istehsalı ilə ölkənin neft-kimya sənayesinin inkişafında rol oynayacaq zavod Azərbaycanda istifadəyə verilmiş ilk Polipropilen Zavodu olacaq.

Sınaq məqsədli ilk polipropilen

Bu ilin fevral ayında “SOCAR Polymer” Zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib. Zavodun ekstruziya zonasında polipropilen qranullarının kəsilməsi prosesi həyata keçirilib və ilk dəfə sınaq məqsədi ilə yekun polipropilen məhsulu istehsal olunub. Zavodun sınaq-sazlama işləri mərhələli şəkildə həyata keçirilir, tam gücdə sınaq işləri həyata keçirildikdən sonra zavod təhvil verilməlidir.

İdxal ixracla əvəzlənəcək

Hazırda Azərbaycan polipropileni idxal edir. Zavodun istifadəyə verilməsi ilə yerli tələbatın tam ödənilməsi, ixrac potensialının artırılması nəzərdə tutulur.

Azərbaycanda neft-kimya sənayesində 40 ilin ilk böyük layihəsi

“SOCAR Polymer” layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. “SOCAR Polymer” layihəsinə Polipropilen Zavodu ilə yanaşı, Yüksək Sıxlıqlı Polietilen Zavodu da daxildir. İllik istehsal günü 120 min ton təşkil edəcək Yüksək Sıxlıqlı Polietilen Zavodu bu ilin sonuncu rübündə istismara veriləcək.

“SOCAR Polymer”in hər iki zavodunun istismara verilməsi ilə istehsal olunacaq məhsulların 30%-i daxili bazarda realizə olunacaq, 70%-i isə ixrac ediləcək. Əsas ixrac marşrutları olaraq isə Türkiyə, Avropa və MDB ölkələri planlaşdırılır.

“SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb. Bununla şirkət parkın ikinci rezidenti statusunu alıb. “SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkında 30 hektar ərazini əhatə edir.

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə bir pəncərə yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir. Sumqayıt Kimya Sənayesi Parkında yerləşməsi şirkətə 100 mln. dollara qənaət etməyə imkan yaradıb.

Azərbaycanda ilk layihə maliyyələşdirilməsi

“SOCAR Polymer”in hər iki zavodunun ümumi dəyəri 750 mln. ABŞ dolları təşkil edir. İnvestisiyanın 60%-i borc kapitalı, 40%-i isə səhmdar kapitalından ibarətdir.

Lahiyə üçün “Gazprombank” ASC-dən (Rusiya) kredit cəlb edilib. Bununla bağlı, 2015-ci il iyunun 19-da “Gazprombank” və SOCAR arasında kredit sazişi imzalanıb. Müqavilənin şərtinə görə, “Gazprombank”ın İnvestisiya Komitəsi “SOCAR Polymer”ə 10 il müddətinə 489 mln. dollar həcmində kreditin ayırılmasını təsdiq edib.

Bununla da Azərbaycanda ilk dəfə olaraq əsas şirkətin zəmanəti olmadan birbaşa layihəyə kredit ayrılıb.

Ən müasir həll yollarına malik qurğu

“SOCAR Polymer”in hər iki zavodunun qurğuları ən müasir standartlara və yüksək keyfiyyətə malikdir.

Şirkətin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen İstehsalı zavodları üçün Azot qurğusu da ən müasir texniki və mühəndis həllərə əsaslanır. Azot istehsalı qurğusu “Kriogenmaş” ASC tərəfindən hazırlanıb və tədarük olunub. Qurğu “SOCAR Polymer”in hər iki zavodunun yüksək təmiz qazşəkilli azota yaranan tələbatını təmin edəcək. Bu da kapital xərclərini azaltmağa və aparıcı xarici şirkətlərin avadanlıqları ilə müqayisədə daha qənaətli istismarı təmin etməyə imkan verir.

Azot qurğusunun iki rezervuarı ümumilikdə gündəlik 500 kubmetr azot saxlama gücündədir.

Kiçik və orta sahibkarlıq üçün xammal

“SOCAR Polymer”in hər iki zavodunda istehsal olunacaq xammalın yüzlərlə kiçik, orta sahibkarlıq subyektlərinin yaradılmasına və müxtəlif çeşiddə idxal əvəzedici məhsulların istehsalına təkan verəcəyi gözlənilir. Hesablamalara görə, “SOCAR Polymer” şirkətinin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları fəaliyyətləri dövründə 8 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək.

Foto/Video: Firi Salim

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün YENİ RÜSUMLAR

Sonrakı yazı

Erməni müğənni Bakıda konsert verəcək- VİDEO

Sonrakı yazı
Erməni müğənni Bakıda konsert verəcək- VİDEO

Erməni müğənni Bakıda konsert verəcək- VİDEO

Adnan Oktarın “kedicikləri”nin FUNKSİYALARI ÇÖZÜLDÜ – İNANILMAZ FAKTLAR

Adnan Oktarın “kedicikləri”nin FUNKSİYALARI ÇÖZÜLDÜ - İNANILMAZ FAKTLAR

Ağsunu qara günə qoyan icra başçısı ilə Səlim Müslümovun cinayət dosyesi – Video

Ağsunu qara günə qoyan icra başçısı ilə Səlim Müslümovun cinayət dosyesi - Video

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

İlham Əliyev SOCAR-ın Müşahidə Şurasını yaratdı

İlham Əliyev SOCAR-ın Müşahidə Şurasını yaratdı

2021-01-23
Cəbrayılın Aşağı Maralyan kəndi (VİDEO)

Cəbrayılın Aşağı Maralyan kəndi (VİDEO)

2021-01-23
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)

Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)

2021-01-23
İcra başçısı istefa verən bələdiyyə sədrini yeni vəzifəyə təyin etdi

İcra başçısı istefa verən bələdiyyə sədrini yeni vəzifəyə təyin etdi

2021-01-23
Vilayət Eyvazov idarə rəisini vəzifəsindən azad etdi

Vilayət Eyvazov idarə rəisini vəzifəsindən azad etdi

2021-01-23
Hüquq müdafiəçisi polis əməkdaşları ilə bağlı yayılan videodan DANIŞDI

Hüquq müdafiəçisi polis əməkdaşları ilə bağlı yayılan videodan DANIŞDI

2021-01-23
Vüqar Səfərli apellyasiya şikayəti verib

Vüqar Səfərli apellyasiya şikayəti verib

2021-01-23
Azərbaycan Gənclik Platforması” və “Akbarly Group” tərəfindən 24 yanvar 2021-il tarixində 44 Günlük Vətən Müharibəsinə həsr edilmiş video-konfrans keçiriləcək

Azərbaycan Gənclik Platforması” və “Akbarly Group” tərəfindən 24 yanvar 2021-il tarixində 44 Günlük Vətən Müharibəsinə həsr edilmiş video-konfrans keçiriləcək

2021-01-23
Prokurorluq ərin arvadını öldürməsi ilə bağlı məlumat yaydı

Prokurorluq ərin arvadını öldürməsi ilə bağlı məlumat yaydı

2021-01-23
Sumqayıtın keçilməz yolları (VİDEO)

Sumqayıtın keçilməz yolları (VİDEO)

2021-01-23
Əli Abbasova AMEA-da yeni vəzifə verildi

Əli Abbasova AMEA-da yeni vəzifə verildi

2021-01-23
Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

2021-01-23
Oqtay Əsədovun xanımının “Kapriz”sauna barı təmir olundu FOTO

Oqtay Əsədovun xanımının “Kapriz”sauna barı təmir olundu FOTO

2021-01-23
Azərbaycanda tanınmış iş adamı vəfat etdi (FOTO)

Azərbaycanda tanınmış iş adamı vəfat etdi (FOTO)

2021-01-23
Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi (FOTO)

Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi (FOTO)

2021-01-23
Təhsil naziri qalmaqallı məktəb direktorundan danışdı: ..Necə oldu ki, bu adam direktor oldu?

Təhsil naziri qalmaqallı məktəb direktorundan danışdı: ..Necə oldu ki, bu adam direktor oldu?

2021-01-23
Ermənistanın XİN rəhbəri Gürcüstana qeyri-rəsmi səfər edib

Ermənistanın XİN rəhbəri Gürcüstana qeyri-rəsmi səfər edib

2021-01-23
Təhsil naziri şagirdlərin dərslərində geriləmələri barədə fikirlərə münasibət bildirdi

Təhsil naziri şagirdlərin dərslərində geriləmələri barədə fikirlərə münasibət bildirdi

2021-01-23
Şəhid Vüsal Qənbərlinin ilk övladı dünyaya gəlib (FOTO)

Şəhid Vüsal Qənbərlinin ilk övladı dünyaya gəlib (FOTO)

2021-01-23
Baş Prokurorluq Masallıdakı əməliyyatla bağlı məlumat yaydı

Baş Prokurorluq Masallıdakı əməliyyatla bağlı məlumat yaydı

2021-01-23

Seçmə

  • Bütün
  • SEÇMƏ
Vüqar Səfərli apellyasiya şikayəti verib
SEÇMƏ

Vüqar Səfərli apellyasiya şikayəti verib

2021-01-23
AMEA Qarabağda dronlarla monitorinq aparacaq
SEÇMƏ

AMEA Qarabağda dronlarla monitorinq aparacaq

2021-01-21
Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR
SEÇMƏ

Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR

2021-01-21
Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi tapıldı
SEÇMƏ

Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi tapıldı

2021-01-19
Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
Araşdırma

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

2021-01-19
Yanvarın 22-də Emin Əmrullayev brifinq keçirəcək
SEÇMƏ

Yanvarın 22-də Emin Əmrullayev brifinq keçirəcək

2021-01-18
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

İlham Əliyev SOCAR-ın Müşahidə Şurasını yaratdı

İlham Əliyev SOCAR-ın Müşahidə Şurasını yaratdı

2021-01-23
Cəbrayılın Aşağı Maralyan kəndi (VİDEO)

Cəbrayılın Aşağı Maralyan kəndi (VİDEO)

2021-01-23
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.