Şəki Apelyasiya Məhkəməsi nə qərar verəcək? Deputat: “İlqar kimi məhbusların həbsdə qalmaları müxalifət alverçilərinə sərf edir”
REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun bu gün məhkəməsidir. Şəki Apelyasiya Məhkəməsində proses 11:00-da başlayacaq. Məhkəməyə baxış iclası hakim Gündüz Abbasovun sədrliyi ilə keçiriləcək.
Məlumat üçün bildirək ki, bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu İ.Məmmədov barəsində yeni qərar çıxararaq, kasasiya və apelyasiya instansiyalarının vicdan məhbusu haqqında qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.
Avqustun 3-də Şəkiyə aparılan partiya sədrinin bu məhkəməsinə ümidlər böyükdür. Ona verilən 7 illik həbs cəzasının bitməsinə 1 il 6 ay qaldığı nəzərə alınaraq, onun azadlığa çıxma şansları yüksək qiymətləndirilir. Xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələrinin bu məhkəmə prosesini izləyəcəkləri gözlənilir.
Discussion about this post