Avro-2020-nin seçmə mərhələsində 10-cu turun oyunları davam edir.
Qol.az xəbər verir ki, bu gün D, F və J qruplarında 8 görüş keçiriləcək. Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
D qrupunun lideri Danimarka İrlandiyanın qonağı olacaq. Növbəti mərhələ üçün Danimarkanı heç-heçə də qane edir. İrlandiya isə mütləq qələbə qazanmalıdır.
İsveçrə isə səfərdə Cəbəllütariqla üz-üzə gələcək və qələbə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq final mərhələsidə iştirak hüququnu qazanacaq.
F və J qruplarında isə artıq final mərhələsinə vəsiqə qazanan komandalar bəllidir. Bunlar İspaniya, İsveç, İtaliya və Finlandiyadır.
18 noyabr
Avro-2020, nin seçmə mərhələsi
10-cu tur
D qrupu
23:45. İrlandiya – Danimarka
23:45. Cəbəllütariq – İsveçrə