Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

15 Aprel 2019 - 10:58
49 oxunma

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüş keçiriləcək.

“Report” xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"