Mart ayından koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunur.
Reportyor.info xəbər verir ki, bu gün Avropa Liqasında 4 görüş keçiriləcək.
İstanbulda “Kopenhagen”ə minimal hesabla qalib gələn son Türkiyə çempionu “Başakşəhər” bu dəfə rəqibi ilə Danimarkada qarşılaşacaq.
Donetsk “Şaxtyor”u səfərdə məğlub etdiyi (2:1) “Volfsburq”u evdə qəbul edəcək. “Mançester Yunayted” öz meydanında Avstriya LASK-ı ilə qarşılaşacaq. “Qırmızı şeytanlar” səfərdəki görüşdə 5 cavabsız qolla qalib gəlib.
“İnter” (İtaliya) – “Xetafe” (İspaniya) cütlüyünün isə ilk oyunu da təxirə salındığından komandalar arasında görüş neytral meydanda olacaq. Qalib Almaniyanın Helzenkirhen şəhərində 1 görüşlə müəyyənləşəcək.
Qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edirik:
5 avqust
Matç TV. Futbol 1
20:55 “Şaxtyor” (Donetsk) – “Volfsburq”
beİN Sports 1, CBC Sport, Futbol 2
20:55 “Kopenhagen” – “Başakşəhər”
CBC Sport, beİN Sports 2, Match! TV, Futbol 2
23:00 “İnter” – “Xetafe”
Futbol 1
23:00 “Mançester Yunayted” – LASK