Bu gün 526 yoluxma, 502 sağalan, 8 nəfər dünyasını dəyişib. Reportyor.info xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində TƏBİB rəsmisi Yaqut Qarayeva açıqlayıb.
Onun sözlərinə görə, sağalanlarla yoluxanlar arasındakı fərqin yaxın olması müsbət tendensiyadır. Y.Qarayeva qeyd edib ki, bu nəticəyə vətəndaşların qaydalara riayət olunması sayəsində nail olunub.