07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bu faktın arxasında Təhsil Nazirliyinin yarıtmaz fəaliyyəti durur” – “Müəllimlərin maaşı artırılsın”

07 Yanvar 2019, 20:58
Cəmiyyət
A A
“Bu faktın arxasında Təhsil Nazirliyinin yarıtmaz fəaliyyəti durur” – “Müəllimlərin maaşı artırılsın”

Bu gün ADP İdarə Heyəti 2019-cu ilin ilk toplantısını keçirib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr müzakirə olunub.

Toplantı iştirakçıları ilk növbədə həbsdə olan siyasi fəal, bloger Mehman Hüseynov barəsində təkrar cinayət işinin açılması faktını qətiyyətlə pisləyib, bu faktın siyasi motivli, qərəzli xarakter daşıdığını diqqətə çatdırıb və hakimiyyəti M.Hüseynov barəsində qaldırılan cinayət işini ləğv etməyə, həbsdə olan siyasi məhbuslara qarşı təkrar cinayət işlərinin açılması ənənəsinə son qoymağa, insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalmağa çağırıb.

İdarə Heyəti ötən ilin yekunlarına dair aparılan sorğular nəticəsində ÜDM-un istehsalına görə Azərbaycanın MDB məkanında axırıncı yeri tutması faktına diqqət çəkərək, hakimiyyəti sosial-iqtisadi gərginliklərlə müşahidə olunan yanlış iqtisadi siyasətə son qoymağa, iqtisadiyyatın liberallaşdırılması, monopoliyanın aradan qaldırılması, azad bazar iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirməyə çağırıb.

İdarə Heyəti Təhsil Nazirliyinin orta təhsil müəssisələrində müxtəlif fənlər üzrə dərs deyən bir qrup müəllimlər arasında onların ixtisaslarına uyğun olaraq keçirdiyi qapalı tipli test imtahanlarında həmin müəllimlərin mütləq əksəriyyətinin ən aşağı bal toplaması faktından dərin narahatçılığını ifadə edib, bu faktın arxasında Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətinin durduğunu qeyd edərək, hakimiyyətdən Azərbaycanın strateji hədəflərinə uyğun təhsil siyasəti yürütməyi, təhsil sahəsində çalışan insanların əmək haqlarının artırılmasını və təhsilin səviyyəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atmağı tələb edib.

İdarə Heyəti bir sıra şəxslərin Litva bankları vasitəsi ilə İngiltərəyə külli miqdarda pul köçürməsi ilə bağlı adı çəkilən ölkədə bu əməli törədənlərə qarşı cinayət işi qaldırılması faktını təqdir edib və hakimiyyəti bu işdə əli olan Azərbaycan məmurlarının məsuliyyətə cəlb olunması istiqamətində addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar bir çox məsul dövlət rəsmilərinin Azərbaycanın KTMT-na üzv olması ilə bağlı bəyanatlar səsləndirməsini qətiyyətlə pisləyib bu cür bəyanatların ölkəmizin suverenliyi və ərazi bütövlüyünü təhdid edən hərəkət kimi dəyərləndirib və bu bəyanatların arxasında ölkənin milli sətvətini talayan məmurların Rusiyanın himayədarlığına sığınmaq cəhdinin durduğunu diqqətə çatdırıb.

İdarə Heyəti sonda ötən həftə ölkənin bir qrup ictimai-siyasi şəxsləri tərəfindən “Azərbaycan Xalq Hərəkatı”nın elan olunmasını da müzakirə edib. Müzakirələrdə “Azərbaycan Xalq Hərəkatı”nın elan olunması təqdir edilərək, bu ölkəni düşdüyü indiki ağır sosial-iqtisadi vəziyyətdən çıxarmaq üçün yeganə məqbul siyasi yol kimi dəyərləndirilib.

Əvvəlki yazı

Tural İrfanın yeni kitabı-“Çənlibeldən Göyçəyə” işıq üzü gördü

Sonrakı yazı

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.