BŞİH-in sabiq Aparat rəhbərinə YAP-da vəzifə verildi –3 ay işsizlikdən sonra…

13 Aprel 2019 - 12:11
73 oxunma

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə vəzifəsindən azad olunan meriyanın aparat rəhbəri Rasim Quliyevə YAP-da vəzifə verilib.

Reportyor.info xəbər verir ki, bu barədə Rasim Quliyevin qardaşı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev açqlama yayıb.

O, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, xüsusilə də YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədova qardaşını katiblikdə işə dəvət etdiyinə görə minnətdarlıq edib.

Daha sonra qeyd edib ki, Rasim Quliyev 1988-93 -cü illərdə siyasi mövqeyinə görə, dəfələrlə siyasi məhbus həyatı yaşayıb: “Müxtəlif dövrlərdə jurnalistika və siyasətlə məşğul olub və 2001- ci ildən 2018-ci ilin dekabrına qədər Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.

Qardaşım 3 aylıq işsizlikdən sonra yenidən YAP-ın Mərkəzi Aparatında fəaliyyətə başladı…”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"