Britaniya kraliçası saraydan “qaçıb” –Gəmiricilərin hücumuna görə…

24 İyun 2019 - 16:35
131 oxunma

Böyük Britaniyanın kraliçası İkinci Yelizaveta siçovulların hücumu səbəbilə, Bukinhem sarayını tərk elib.

“The Sun” nəşrinin xəbərinə görə, kraliça bu olaydan “dəhşətə gəlib”.

Siçovullar xüsusilə mətbəxdə görünüblər. Nəşrin yazdığına görə, bünövrəsi 1703-cü ildə qoyulmuş saraya ziyanvericilərlə mübarizə işləri üzrə mütəxəssislər dəvət olunub. Saray personalına instruktaj keçilib və siçovulların çoxalmasının qarşısını almağın yolları izah olunub – şkafların qapıları mütləq bağlanmalı və çorək (ərzaq) qırıntıları yığılmalıdır.

Nəşr bildirir ki, gəmiricilər London şəhərinin böyük problemidir. Bu, əsasən köhnə tikililər üçün xarakterikdir.
Bütün bunlar öz yerində… amma “qaçış”ın izahı xeyli primitiv görünür. Güman ki, sayada yeni “məxfi-texniki” işlər görüləcək… /Azpolitika.info

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"