Bp-nin Bakıdakı ofisində həyəcan – İşçilər evakuasiya olundu / Yenilənib

3 Dekabr 2018 - 21:28
45 oxunma
“Bu gün saat 15 radələrində ofisimizdə (BP Xəzər Mərkəzi, Port Baku) potensial təhlükəsizlik riski aşkar olunub. Ehtiyat tədbiri olaraq risk yoxlanılana qədər qalan iş saatlarında ofis işçiləri evə buraxılıblar”.
BakuPost xəbər verir ki, bunu “Report”a “BP-Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.
O qeyd edib ki, hazırda risk araşdırılır.
* * *

Bp-nin Bakıdakı ofisində həyəcanlı anlar yaşanıb, işçilər evakuasiya olunub.

BakuPost-un əldə etdiyi məlumata görə, buna səbəb ofisdən qumbaraya oxşar əşyanın tapılması olub. Hadisə yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin, FHN-nin və ANAMA-nın əməkdaşları cəlb edilib.
Hadisə barədə hələlik heç bir rəsmi məlumat yoxdur.
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"