10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Böyrərəyimi satışa çıxarıb, banka borcumu ödəyim…” – Qarabağ əlili Prezidentə şikayət etdi

15 Noyabr 2018, 12:36
Gündəm, Sosial
A A
“Böyrərəyimi satışa çıxarıb, banka borcumu ödəyim…” – Qarabağ əlili Prezidentə şikayət etdi

Şəki şəhəri, D.Bünyadzadə küçəsi ev 88-də yaşayan 2-ci qrup Qarabağ Müharibəsi əlili Abduləli Əhmədəli oğlu Rəsulov “Bank of Baku” ASC-dən götürdüyü dollar kreditinin bəlasına düşdüyünü bildirir.

Ölkə başçısına ünvanladığı məktubun bir nüsxəsini də “AzPolitika.info”ya göndərən A.Rəsulov yazır ki, devalvasiyadan əvvəl – 2014-cü ildə götürdüyü 10.000 ABŞ dolları məbləğində krediti banka devalvasiyadan dərhal sonra əvvəlki kursla ödəməyi təklif etsə də, “Bank of Baku” buna razılıq verməyib. Kiçik sahibkarlıqla məşğul olan şikayətçi bankın həmin krediti ona özü istəmədən verdiyini iddia edir: “Bank of Baku” ASC-nin Şəki rayon filialından manatla kiçik məbləğli kreditlər götürüb işləyirdim. Nümunəvi kreditor olduğum üçün bank yenə məni dəvət edib 2014-cü ilin sentyabrın 18-də 10 000 dollar kredit verməyi təklif etdi. Məbləğin çoxluğuna etiraz etsəm də bank işçiləri məni narahat olmamağa çağırdılar, az-az ödəniş etməklə biznesimi genişləndirməyi tövsiyə etdilər. Hər ay 700 dollar əvəzinə ardıcıl olaraq, 800 dollar pulu banka ödəməkdə davam edirdim. Budur, 2015-ci ilin fevralında baş vermiş ilk devalvasiyadan sonra qərara aldım ki, əlimdə olan bütün əmlakımı satıb banka olan qalan borcumu dərhal ödəyim. “Bank of Baku” ASC-nin Şəki filialının mərkəzi ofisində fikrimi bildirdim ki, devalvasiyadan əvvəlki kursla banka qalan borcumu tam olaraq dərhal ödəyim. Rəhbərlik mənimlə razılaşmadı. Mən də cavab olaraq banka 03 mart 2015-ci il tarixli məktub yazdım ki, yeni kursla bankın borcunu ödəyə bilməyəcəyəm…”

Qarabağ əlili bildirir ki, döyüşlərin birində ağır yaralanıb və böyrəyinin birini itirib. Lakin bank rəhbərliyi heç olmasa, bunu da nəzərə almır. Hansı ki, hazırda xəstəliyi ilə bağlı xərcləri belə ödəməkdə çətinlik çəkir. Ancaq bank heç nəyə məhəl qoymayıb, məhkəmə yolu ilə 7287 ABŞ dollar əsas borcunun və 1425 dollar əlavə məbləğin ödənilməsini tələb edib, məhkəmə də “Bank of Baku”nun iddiasını təmin edib.

Hazırda çıxılmaz vəziyyətdə qaldığından ölkə başçısına müraciət edən A.Rəsulov bildirir ki, borcu ödəmək üçün salamat qalan yeganə böyrəyini də satmaqdan başqa yolu qalmır:

“Cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağ Müharibəsində itirdiyim sağlamlığımı və hazırda müalicəyə sərf etdiyim xərci nəzərə alaraq, banka borcumun əvvəlki qaydada tam ödəyib yekunlaşdırmağım üçün köməklik göstərəsiniz. Hazırda mənim maliyyə vəziyyətim ağır olduğuna görə, bank ödənişini həyata keçirə bilmirəm və məcburam ki, erməni gülləsindən bir böyrəyimi itirəndən sonra sağ qalan digər böyrəyimi satışa çıxarıb, “Bank of Baku”ASC-yə ödəyim ki, bu dünyadan borclu getməyim”.

Əvvəlki yazı

Xocalı sakini fəryad edir, prokurorluq araşdırmır – VİDEO

Sonrakı yazı

“Reket jurnalistlər bizi biabır edir” – deputat

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.