Boliviya prezidenti istefa verdi

11 Noyabr 2019 - 11:03
89 oxunma

Boliviya Prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, istefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub.

Yeri gəlmişkən, Prezident seçki anonsunu verərkən, Ali Seçki Məhkəməsinin heyətinin tamamilə dəyişdirilməsinə də qərar vermiş, xalqı gərginliyi azaltmağa və hər kəsin mənafeyi naminə zorakılığa son qoymağa çağırmışdı.

Xatırladaq ki, Boliviyada Evo Morales oktyabrın 20-də yenidən prezident seçilib və müxalifət seçki nəticələrini tanımadığını açıqlayıb. Ölkədə həmin gündən etibarən şiddətli qarşıdurmalar yaşanıb. Bəzi ərazilərdə hüquq-mühafizə orqanları əməkdaşları da müxaliflərin cərgəsinə qoşulub.

Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"