“BMW” 17 yaşlı qızı vurub öldürdü – Abşeronda

10 Oktyabr 2019 - 11:31
55 oxunma

Bakı-Şamaxı yolunda yeniyetmə qızı maşın vurub.

Trend-in məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 22-ci kilometrliyində, Abşeron rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ağayev Azad Əzizağa oğlu idarə etdiyi “BMW” markalı 90 DH 530 dövlət nömrə nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən, 2002-ci il təvəllüdlü Abdullayeva Solmaz Bəhruz qızını vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"