BİR ZAMANLARIN GƏNCLİK ŞƏHƏRİ KİMİ TANIMLANAN SUMQAYIT!!! – 4-cü yazı

1 İyul 2018 - 09:05
509 oxunma

4-cü yazı

Saray bələdiyyəsinin sədrini kim öldürdü?…

İlk baxışda, həqiqətən də bu sual qəribə səslənə bilər : necə yəni, Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və həyat yoldaşını kim öldürüb ? Qatil ilk gündən məlumdur və cəzasını da çoxdan almışdır. Bəli, ilk baxışdan belədir, əslində isə, belə deyildir. Ona görə belə deyildir ki, istintaq birtərəfli aparılmış və törədilmiş cinayətin bütün birbaşa iştirakçıları, sifarişçiləri məsuliyyətdən kənarda qalmışdır…

Dad yarımçıq əlindən…

 

Çoxları yaxşı bilirlər ki, bizim istintaq orqanlarımız baş vermiş hər hansı hadisəyə hüquqi qiymət verərkən, əsasən, iki halda istintaqı qanundan kənar aparılır: savadları çatmayanda və öz maddi maraqlarını əsas götürüləndə. (İşin sifarişlə aparılması da ikinci qrupa aiddir.) Bu cinayət hadisəsində də istintağın yarımçıq, birtərəfli aparılması bəzi şəxslərin məsuliyyətdən kənarda saxıanması üçün baş vermişdir ki, bu da, həqiqətin tam ortaya çıxmasına imkan verməmişdir…

Doğum günündə qətl…

7 iyun 2015-ci il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində dəhşətli qətl hadisəsi baş verdi. Ömrünün 39-cu ilini qeyd etməyə hazırlaşan Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova həyat yoldaşı ilə eyni vaxtda qətlə yetirildilər. Bələdiyyə sədrini qəddarlıqla qətlə yetirən (azyaşlı uşaqların gözü qarşısında boğazını kəsən) Fədai Hüseynovun bununla ürəyi soyumamış, onun günahsız əri Vəfadar Əbilhəsənnovu da amansızlıqla qətlə yetirmiş, sonra da evə od vuraraq yandırmışdır…

Hüquqi varisin ifadəsindən…

Zərərçəkmişlərin hüquqi varisi M.Hüseynova (Vəsilə xanımın anası) məhkəmədə ifadə verərək hadisənin necə baş verdiyini belə izah etmişdir:

“Həmin gün gündüz saat 3-də Vəsilə ilə Fədai torpaq məsələsinə görə mübahisə etdi. Axşam Vəsilənin telefonuna zəng gəldi, cavab vermədi. Sonra mənə zəng gəldi, məni də telefonu açmağa qoymadı. Dedi “ Sən çıx balkona hava al, özüm danışacağam.” Mən balkona çıxanda gördüm Fədai divara sıxılıb dayanıb. Dedim ” Bala,burda neynirsən”, məni itələyib içəri keçdi. Bu vaxt mən özümdən getdim, ayılanda gördüm nəvəm İsmayıl qışqırır ki, atamı vurdular. Özümə gələndən sonra nəvəm Fidan dedi ki, Fədai atamla anamı vurdu.”… 

Vəsilə Əlihəsənova kimdir?… 

Qətlə yetirilən bələdiyyə sədri Vəsilə Əbilhəsənova Sumqayıt “ Azəri-Türk” Qadınlar Cəmiyyətinin sədri, Sumqayıt şəhər icra hakimiyyətində gənclər şöbəsində baş təlimatçı, Sumqayıt bələdiyyəsinin sədri Z.Fərəcovun köməkçisi, 2014-cü ildə isə Saray bələdiyyəsi sədrinin müavini olaraq çalışıb. Bələdiyyə sədrinin ölümündən sonra sədr vəzifəsinə seçilib…

Qatil Fədai Hüseynov kimdir?…

35 yaşlı Fədai Hüseynov Laçın rayonunda doğulub. Bu rayonun işğalından sonra Bərdə rayonuna, 1993-cü ildən isə Abşeron rayonuna köçüb, bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Ağdam Hərbi məhkəməsinin hökmü ilə Cinyət Məcəlləsinin (CM) 242-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə, növbəti məhkəmədə CM-nin 93-cü maddəsi ilə təqsirli bilinib cəzası əhatə olunmaqla 5 il müddətinə, Abşeron rayon məhkəəsinin hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə cəzasını çəkib və azadlığa çıxıb. O, 2014-cü il noyabr ayında Corat qəsəbəsi, Bağlar massivində qohumluq münasibətləri zəminində İsmayılov Araz İsmayıl oğlu və ailə üzvlərinə qarşı xuliqanlıq əməli də törədib…

Münasibətlər necə yaranıb…

Məlumata görə, Fədai, Vüqar, və Nuru Hüseynov qardaşları Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub, bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb. Fədai qeyri-rəsmi bələdiyyədə çalışıb, sədrin cangüdəni kimi ad çıxarıb. Əvvəllər isə, Abşeron rayon icra hakimiyyəti başçısı Z.Fərəcovun bacısının sürücüsü işləyib. “Laçınlı Fədai” kimi tanınan F.Hüseynov həm də Abşeron icra hakimiyyətinin başçısı Z.Fərəcovun yaxın qohumu Elgiz Fərəcovun dostu olub və onun rəhbərliyi ilə bələdiyyə sədrinin torpaqlarla bağlı mübahisələrində əsas şəxslərdən biri kimi iştirak etmişdir… 

Qanunsuz silahlı dəstə…

Hələ qətl hadisəsindən xeyli əvvəl də Saray bələdiyyə sədri V.Əbilhəsənovanın torpaq “razborka”larını aparan xüsusi qoçu dəstəsi olmuşdur və bu dəstə haqqında bir sıra mətbu orqanlar yazmlşdır. “Moderator.az” saytında gedən bir material 
da deyilənlərə sübutdur.

“Moderator “ qoçu dəstəsindən nə yazırdı?

( Ardı var )

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"