05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BİR NEÇƏ AY ƏVVƏL QANUNSUZ İDİ, İNDİ QANUNİ OLDU?! – Bakıda tikinti müəmması (FOTO)

14 Fevral 2019, 18:59
Gündəm, Cəmiyyət
A A
BİR NEÇƏ AY ƏVVƏL QANUNSUZ İDİ, İNDİ QANUNİ OLDU?! – Bakıda tikinti müəmması (FOTO)

Bakının Nəsimi rayonu ərazisində, 4-cü mikrorayonda, Cavadxan küçəsi, 68A ünvanında, sovet dövründə tikilmiş 4 çoxmərtəbəli yaşayış binasının həyətində aparılan tikinti ilə bağlı müəmmalı məqamlar ortaya çıxıb. Belə ki, cəmi bir neçə ay əvvəl həmin ərazidə tikintinin aparılması hüquq-mühafizə orqanları tərəfindən şəhərsalma qaydalarının pozulması ilə müşaiyət olunan qanunsuz əməl kimi qiymətləndirilib. Və tikintini aparan “Fidan MTK” adlı şirkətin rəhbəri Şükürov Əli Şükür oğlu Baş prokurorluğun sanksiyası ilə həbs olunub.

Bu qanunsuz tikintinin dayandırılması sakinlərin çoxsaylı etirazlarından, şikayətlərindən sonra mümkün olmuşdu. Lakin bəlli olub ki, bu dəfə “Memar İnşaat-2017” adlı şirkət həmin yerdə tikintiyə başlayıb və üstəlik etiraz etməyə cəhd göstərən sakinlərə təzyiqlər göstərilir. Polisin əliylə sakinlər döyülüb, söyülüb və təhqir olunub. Onlara hətta evlərinin pəncərəsindən tikinti meydançasına tərəf baxmaq da qadağan edilib. Sakinlər əməkdaşımıza deyiblər ki, bu dəfə tikintini aparan kimdirsə “çox arxalı adamdır” və əlində tikintiyə icazə verilməsinə dair sənədləri var.

Qeyd edək ki, Bakıda sovet dövründə tikilmiş yaşayış binalarının həyətlərinin zəbt edilməsi, orada əkilən ağacların qırılması hesabına çoxmərtəbəli binaların tikintisi olduqca geniş yayılıb. Nəticədə şəhərsalma qaydaları kobud şəkildə pozulub, bir neçə 5 mərtəbəli, yaxud 9 mərtəbəli binanın arasından ucalan 18-20 (bəzən daha çox) mərtəbəli binalar şəhərdə arxitektura baxımından eybəcər mənzərə yaradıb.

Paytaxtda hökm sürən bu tikinti xaosu ilə bağlı prezident İlham Əliyev dəfələrlə sərt çıxışlar edib. Sonuncu dəfə ötən ilin oktyabrında, Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirəsi zamanı prezident çıxışında bu kimi qanunsuzluqların qarşısının alınmasına dair qəti göstərişlər vermişdi.

İlham Əliyev həmin çıxışında deyib ki, Bakıda və digər şəhərlərdə qanunsuz tikintilərə son qoyulmalıdır. Və prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilməyəcəyini bəyan edib. Prezident vurğulayıb ki, əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar.

“Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək»-İlham Əliyev deyib.

Prezident həmin çıxışında binaların həyətlərinin zəbt edilməsi hesabına aparılan tikintilərə xüsusi toxunmuşdu.

Sitat: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub».

Məhz prezidentin həmin çıxışından sonra hüquq-mühafizə orqanları hərəkətə keçdilər və Bakıda binaların həyətlərinin zəbt edilməsi, yaşıllıqların qırılması, şəhərsalma qaydalarının kobud pozulması hesabına tikinti aparan bir neçə şirkət rəhbərləri barədə cinayət işləri qaldırıldı. Həbslər aparıldı. O cümlədən Cavadxan küçəsində həyəti zəbt edib özül qazan “Fidan MTK”-nın rəhbəri tutuldu.

Amma MTK rəhbərinin həbs olunmasına baxmayaraq ərazidə tikinti meydançasının ətrafına çəkilmiş hasar sökülməmişdi. Və indi belə məlum olur ki, “Memar İnşaat-2017” adlı şirkət həmin ərazini alıb və tamamilə arxayın şəkildə, sakinlərə hədə-qorxu gəlməklə tikintini yenidən başladıb.

Şirkətə tikinti üçün icazə sənədlərini yeni qaydalara görə ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verə bilərdi. Bu baxımdan virtualaz.org Komitəyə Cavadxan küçəsi, 68A ünvanında, Baş prokurorluğun qaldırdığı cinayət işinin təhqiqat predmeti olan sahədə tikintinin aparılması üçün icazənin verilməsinə aydınlıq gətirilməsi üçün yazılı sorğu ünvanlayıb. Hələlik sorğuya cavab verilməyib.

Çünki haqlı olaraq belə suallar yaranır: necə olur ki, həm prezident İlham Əliyev binaların həyətlərinin zəbt edilməsi hesabına tikintilərin aparılmasının yolverilməz olduğunu bəyan edir. Həm  Baş prokurorluq Cavadxan küçəsindəki həmin tikintinin qanunsuz olduğu, şəhərsalma qaydalarını pozduğu qənaətinə gəlir və cinayət işi qaldırır. Amma cəmi bir neçə ay keçəndən sonra eyni ərazidə tikintinin aparılması “qanuni” elan edilir və bu dəfə başqa şirkətə icazə sənədləri verilir?!

Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tezliklə bu müəmmaya aydınlıq gətirəcək.

Virtualaz.org

Əvvəlki yazı

Prezident İlham Əliyev Beyləqanda sakinlərlə birgə mahnı oxudu –VİDEO

Sonrakı yazı

DYP TƏLƏBƏYƏ “AVTOBUS SÜRÜCÜSÜ” ADI İLƏ 5 CƏRİMƏ YAZDI – Azərbaycanda heyrətamiz olay + FOTO

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.